Türklər həqiqətən Altaydanmı gəldi? - Şahlar Hacıyev AYDINLIQ GƏTİRİR

02/07/2020 - 18:17 9 574 2   0  

Elmi ədəbiyyatda fərqli məktəblər tərəfindən "DNT genologiyası" və ya "Genetik genologiya" elm sahələri əslində genologiya elminin bir hissəsi kimi yaranıb.

Bu sahə DNT analizlərinin nəticəsindən istifadə etməklə, insanların qədim əcdadlarını və yaxın qohumlarını müəyyənləşdirməklə məşğuldur. Bu zaman irsiyyəti təyin edən Y və X xromosomlarının tədqiüinə fikir verilir. Amma ulu əcdadların üzə çıxarılması məqsədilə daha çox Y xromosomların tədqiqi əsas götürülür.

Y xromosomları atadan oğula keçdiyi və minillər ərzində dəyişmədiyi üçün nəsil ağacını yalnız onun vasitəsilə izləmək mümkündür.

X xromosomu əsasında isə bunu etmək mümkün deyil. Çünki X xromosomları anadan keçdiyi kimi atadan da keçə bilər və bu zaman qarışıqlıq əmələ gəlir və şəcərə ağacını dəqiq rekonstruksiya etmək mümkün olmur. Məsələn, indiki İranın Cənubi Azərbaycan da daxil olmaqla, şimal-qərb hissəsində haploqrupların təyini üzərində aparılar tədqiqatlar nəticəsində bu bölgənin əhalisinin son 7-8 min ildə heç bir genetik dəyişikliyə məruz qalmadığı və həmin əhalidə "ari izi"nə rast gəlinmədiyi müəyyən edilmişdir...Yəni ərazidə 7-8min ildir ki, eyni xalq, başqa sözlə Azərbaycan türkləri yaşayır.

Genetika elmi ilk türklərin Altay, Sayan, Pamir və Tyan-Şana 4000 il bundan əvvəl qərbdən, daha dəqiq desək, Orta Asiyadan gəldikləri bildirilir. Bu isə o deməkdir ki, türklərin Altay mənşəli olduqları və bu ərazidən bütün Avrasiya ərazilərilərinə yayıldıqları fikri öz təsdiqini tapmır. Yəni Altay Nəzəriyyəsini uyduranlar onu siyasi və geosiyasi məqsədlərlə uydurmuşlar və bu nəzəriyyənin heç bir elmi əsası yoxdur.

Genetiklərin Avrasiya ərazisinə yayılmış və müxtəlif minilliklərə aid çoxsaylı kurqanlardan aşkar edilmiş skeletlərdən götürdükləri DNK nümunələri əsasında onların, demək olar ki, hamısının R1a və R1b haploqruplarının daşıyıcısı olduğu və həmin genlərin Qərbi Avrasiya eneolit dövrü qədim əhalisi ilə bağlı olduğu üzə çıxmışdır.

Tədqiqatçılar 2012 ildə Cənubi Azərbaycan sakinlərində R1a relikt haploqrupunu, eləcə də daha qədim R1a-M420 əcdad geni tapmışlar.

R1a haploqrupunun daşıyıcısı olan prototürklər e.ə. X minillikdən etibarən Cənubi Qafqazda yaşamışlar. P. Anderhill və digərlərinin tədqiqatlarına əsasən deyə bilərik ki, təqribən 6000-5500 il əvvəl R1a haploqrupunun daşıyıcıları olan qədim türklərin bir qismi yeni otlaq yeri axtararaq, Qafqazdan  keçməklə Avrasiya düzənliklərinə hərəkət etmişlər. Qədim türklərin başqa bir hissəsi isə əski yurd yerlərində qalıblar.

Beləliklə, ehtimal etmək olar ki, R1a haploqrupunun daşıyıcıları olan çağdaş kişilərin böyük əksəriyyəti prototürklərin xələfləridir və onların əcdadları Cənubi Azərbaycandan çıxmışlar. Bəzi türk xalqlarının genetik koduna və kodların hansı xalqa aid olmasına diqqət edək.

R1a və R1b türklərə

J yerli qafqazdillilərə

G kənardan Qafqaza gəlmələr

C monqollara

N fin-uqorlara və.s.

------------------------------

Türkiyə türkləri :

16.1% R1a

6.9% R1b

24% J

3.8% N..

Alyay türkləri:

6% R1a

38% R1b

2% J

10% N

Qazaxlar:

5.6% R1a

3.7% R1b

66.7% C

1.9% N

Qırğız türkləri:

1.9% R1b

63.5% R1a

4.9% J

2.4% N

Uyğur türkləri:

17.6% R1b

22.1 %R1a

34% J

6.0 %N

Özbək türkləri:

9.8% R1b

25.1% R1a

21.4% J

0.0% N

0.0% C

Türkmənlər:

36.7 % R1b

6.7% R1a

23.8% J

9.5% N

Tatarlar:

8.7% R1b

34.1% R1a

23% N

Yakut (Saxa)türkləri:

80% N (fin uqor).1

Şahlar HACIYEV