İsrailin iyulun 1-də başlayacaq Fələstinin ilhaqı planı və Netanyahunun hesablamaları

28/06/2020 - 16:51 5 728 0   0  

Baş nazir Benyamin Netanyahu Qərbi Şəriyə 30 faizi üzərində İsrailin suverenliyini təmin edəcəyi vədini yerinə yetirməyi tezləşdirdiyinə görə, siyasətçi və analitiklər onu bu anneksiyaya itən motivasiyanın nə olduğunu düşünürlər.

İsrail 1967-ci ildə torpaqları işğal edəndən sonra uğur əldə etmiş İsrail hakimiyyəti Qərb Şəriyə üzərində İsrailin suverenliyini tətbiq etməkdən çəkindilər. Netanyahunun izindən gedən Menachem Begin, Yitzhak Shamir, Ariel Sharon kimi sağçılar sakit anneksiyaya doğru sürünən ilhaq siyasətinin tərəfində durdular. Şərqi Yerusəlimin 1967-ci ildə işğaılndan və İsrail qanunlarının burada tətbiqindən və 1981-ci ildə Qolan Yüksəkliklərinin ilhaqından sonra onlar hüquqşünaslar, demoqraflar, baş təhlükəsizlik rəsmilərinin və veteran diplomatların tövsiyyələrini qəbul etdilər və iddia etdilər ki, Qərb Şəriyə taleyi danışıqlarda həll olunana kimi İsrail bu ərazinin qəyyumudur. Netanyahu özü də yaxın vaxtlara kimi bu strategiyanı izləyirdi. Netanyahunun de-fakto ilhaqı de-yure ilhaqa keçirmək üçün tələskənliyinin izahı onun İsrailin Fələstin ərazilərini ilhaq etməsi üçün 53 ildə ilk dəfə yaşıl işıq yandıran prezident Trampın hakimiyyətdən getmək ehtimalı və onun adına hesablanan planın “yanmaq” ehtimalının olmasıdır. Sorğularda Trampı üstələyən prezidentliyə demokratların namizədi Jo Bayden mayın 20-dəki vebinarda yəhudi seçicilərə, “Mən Tramp administrasiyasının sülh proseslərini zərbə altına qoyan addımlarını ləğv etgməyə gəlirəm” deyə İsrail ilhaqına münasibətini aydın şəkildə sərgilədi. Baxmayaraq ki, lihaq planının tətbiqi Trampın prezidentliyi dövründə də asan getmirdi. Hətta Trampın sülh planının memarı Jared Kushner Netanyahunun Fələstin torpaqlarını tələm-tələsik ilhaqa başlamasına icazə vermək tərəfdarı deyil. Son məruzələrə əsasən o “İsrailə tez hərəkət etməyə imkan verməyin daha çox fələstinlini yurdsuz-yuvasız qoyacağından” narahatdır.

Beynəlxalq ictimaiyyət birmənalı olaraq anneksiyaya qarşıdır. “Əgər baş tutarsa, bu beynəlxalq hüququn kobud surətdə pozulmasına, iki-dövlət həll yolunun və danışıqların bərpa olunması imkanlarını birdəfəlik ləğv olunması hallarını meydana gətirəcək” deyə BMT-nin katibi Antonio Guterres TŞ-nın son iclasında dedi. “Mən İsrail hakimiyyətini ilhaq planlarından imtina etməyə və əl çəkməyə çağırıram”. Avropa İttifaqı da açıq şəkildə bildirdi ki, beynəlxalq hüquq normalarını pozaraq Qərbi Şəriyənin bir hissəsini işğal edən İsrailə göz yummayacaq. İyunun 10-da Almaniyanın XİN naziri Heyko Maas Netanyahunu ilhaqın Avropa sanksiyalarına və Fələstin dövlətinin rəsmən tanınmasına səbəb ola biləcəyini xəbərdar etmək üçün İsrailə getdi. Yaşayış məskənlərinin liderləri də anneksiyaya qarşıdırlar. Onlar Trampın planına qarşı ictimai kampaniya başladıblar və bildirirlər ki, ilhaq Fələstin dövlətinin yaranması, həmçinin Qərbi Şəriyədə yəhudi məntəqələrinin genişlənməsinə qapı açacaq. İsrail məntəqələrinin şurasının sədri David Elhayani daha da uzağa gedərək, bildirdi ki, “Tramp və Kuşner İsrail dövlətinin dostları deyil”. Netanyahunun dostluğunu genişləndirmək istədiyi ərəb ölkələri onun ilhaq planını rədd edirlər. İyunun 12-də BƏƏ-in ABŞ səfiri Yusif Əl Uteybə ölkəsinin Qərbi Şəriyanın işğalına qarşı etirazını ifadə etmək üçün Yedioth Ahronoth İsrail qəzetinə müsahibə verdi: “BƏƏ və ərəb dünyası ölkələrində İsralin düşmən yox bir fürsət olduğuna olduğuna inanmaq istərdik”. “İsrailin ilhaq qərarı onun bu hərəkəti eyni tərzdə görüb-görmədiyini açıqlayan siqnal olacaq. İsrailin yüksək səviyyəli təhlükəsizlik rəsmiləri də ilhaqın zorakılığa səbəb olacağını və Fələstin Muxtariyyəti hesabına Həmasın güclənəcəyini xəbərdar edir. Dünyadakı İsrail səfirləri iqtisadi sanksiyalardan və qınaqlardan çəkindiklərini bildirirlər.

Və nəyin naminə? Dünyanın diqqətini İsrailin davamlı şəkildə insan hüquqlarını pozmasına və Qərbi Şəriyədə irqçi rejimə çevriləndən sonra “qəyyumluq maskasının” çıxartmaqdan başqa heç nəyə yaramayan simvolik hərəkət naminəmi? Təcrübəli baş nazir Netanyahu bunlara göz yumaq bilməz. Netanyahu Ağ və Mavi partiya lideri Benny Gants ilə qurduğu koalisiyanın “regional sabitliyi, sülh razılaşmalarını və gələcək sülh sazişlərini qorumağı” daxil edən İsrail dövlətinin strateji maraqlarını və təhlükəsizliyini şərt qoyan Tramp planının müddəalarını yaxı bilir. Tramp hakimiyyətdə qalarsa və daha da irəli gedərsə ərazi ilhaqı İsrail hökumətində siyasi ayrılığa yol açacaqdır.

AlJazeera, Akiva Eldar

Tərcümə etdi: Üıviyyə Şükürova