İranda nüvə obyekti ərazisində güclü partlayış baş verdi

26/06/2020 - 12:56 5 530 0   0  

İranın paytaxtı Tehranın şərqində güclü partlayış baş verib. Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

Şahidlərin sözlərinə görə, göydə narıncı parıltı görünüb.

“The New York Times”ın müxbiri Farnaz Fassihi “Twitter”dəki hesabında partlayışın Parçində - İranın nüvə sınaqlarını keçirdiyi hərbi bazanın ərazisində baş verdiyini yazıb.

O, həmçinin, partlayışın baş verdiyi yeri xəritədə göstərib. Artıq partlayışla bağlı rəsmi açıqlama verilib. Məlumata görə, Müdafiə Nazirliyinin obyektlərindən birinin ərazisində içərisində texniki qaz olan rezervuar partlayıb.

Hərbi obyektlərə zərər dəyməyib.

Hadisə yerinə xilasetmə qrupları cəlb olunub, itki yoxdur.(oxu.az)