Türkiyədən Liviya mövzusunda son AÇIQLAMA:"KİMSƏ TÜRKİYƏSİZ OYUN OYNAYA BİLMƏZ"

25/06/2020 - 21:02 6 601 0   0  

Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın, CNN Türk kanalında Liviyadakı son hadisələrlə bağlı açıqlamalar verdi.

Hafter Sirte və Cufradan çəkilməlidir. Atəşkəs üçün məsul icraçılar 2015-ci il razılaşmasına qayıtmalıdırlar. Rusiya hazırda Hafteri dəstəkləyir. Biz bu fikir ayrılığımızı onlara çatdırmağa davam edəcəyik. ABŞ əvvəl Hafterə dəstək verdi, Hafter Rusiyaya yaxınlaşan zamansa ondan vaz keçdilər, araya məsafə qoydular. ABŞ dəqiq və qəti rol oynamaqdan çəkinir. Atəşkəslə bağlı bütün ölkələrlə təmas içindəyik. Türkiyəni bu məsələdən kənarda qoymaq istəyənlər və buna çalışanlar anlamalı və görməlidirlər ki, Türkiyəsiz heç bir plan qura bilməzlər.

Kimsə Türkiyəsiz bir oyun əsla oynaya bilməz. Buna görə gərəkli cavabı alarlar.