Koronavirusdan sonra yeni virus bəlası-"CRİSTOLİ" VİRUSU

24/06/2020 - 14:07 5 725 0   0  

Fransada elm adamları, koronavirus diaqnozu qoymaq üçün test edərkən yeni virusa rast gəldilər. 58 yaşındaki qadının 'cristoli' adlı virusa yoluxduğu və öldüyü açıqlandı.

Suveren.az bu barədə "Yeni Akit"ə istinadla bildirir. Alimlər, onun koronavirus kimi böhrana səbəb olacağından şübhələnməyin erkən olduğunu bildirdilər.

Créteildəki Henri-Mondor xəstəxanasında Tibbi Biologiya kafedrasının rəhbəri professor Jean-Michel Pawlotsky, virusun immuniteti zəif olan insanda aşkarlandığını, qadının başqa xəstəlikləri də olduğunu bildirdi. Həmçinin, “Bu xəstəliyin yoluxma yolunun koronavirus ilə əlaqəsi yoxdur. Bu çox fərqli şeydir, açığı bu gün bu xəstənin xəstəliyə necə yoluxduğunu bilmirik və yeni virusun həşəratlar vasitəsilə yayıldığından şübhələnirik, ancaq hələ ki, bunun sübutu yoxdur”, deyə bildirdi. Yeni virusun mənbəyinin ağcaqanadlar ola biləcəyi ehtimalı da var.

Suveren.az