Mayk Pompeo - İrana qırıcılar almağa imkan verməyəcəyik

24/06/2020 - 13:29 5 419 0   0  

BMT-nin İrana qarşı silah embarqosunun vaxtı bitsə belə, ABŞ Tehrana Rusiya və Çindən yeni qırıcılar almağa imkan verməyəcək.

Bunu ABŞ Dövlət katibi Mayk Pompeo deyib.

“Əgər BMT-nin İrana münasibətdə silah embarqosu oktyabrda bitsə, Rusiyanın Su-30, Çinin J-10 kimi yeni qırıcılarını ala bilər. İranda bu təyyarələr olsa, Avropa və Asiya onların hədəfi altına düşər. ABŞ buna heç vaxt imkan verməyəcək”, – deyə o bildirib.

Suveren.az