TÜRKİYƏ QƏRAR VERDİ – İraqın şimalında 40-50 kilometrlik təhlükəsiz bölgə yaradılacaq!

23/06/2020 - 16:43 5 814 1   0  

Türkiyə Silahlı Qüvvələri İraqın şimalında terrorçuların yuva saldığı Haftanin bölgəsini nəzarət altına aldıqdan sonra İraq sərhəddindən içəri doğru uzanan 40-50 kilometrlik bir sahədə “Təhlükəsiz bölgə” yaratmağı planlaşdırır. Haftanində əldə edilən nailiyyətlərdən sonra əməliyyatların Zap, Metina və Zendura bölgələrində də keçirilməsi planlaşdırılır.

Türkiyə Silahlı Qüvvələrinin Haftanində başladığı Pələng pəncəsi əməliyyatının altıncı günündə döyüşlər Haftaninin “Sipan təpəsi” adlandırılan bölgəsinə gedir. Türkiyə hərbçiləri Sipan təpəsini almaqla Türkiyə sərhədindən İraqın şimalından içəriyə doğru istiqamətdəki Keşan kəndinə çatmağı hədəfə alıblar. Bundan sonra Batufa qəsəbəsindəki Türkiyə Silahlı Qüvvələri hərbi bazasına doğru təhlükəsiz bir xətt yaratmağı planlaşdırır.

Haftanindəki  Dupişk təpəsini də PKK terrorçularından təmizləmək üçün bölgəyə gələn qüvvələr bir neçə tərəfdən hücuma başlayıblar.

Haftanin bölünəcək

Havadan vertolyotların dəstək verdiyi hücum əməliyyatı ilə Dupişk təpəsinin alınmasından sonra Haftanindəki PKK terrorçuları iki yerə parçalanmış olacaqlar.

Şəmdinlidən Uludərəyə qədər sərhəd zolağını nəzarət altına almaq baxımından Haftanin əməliyyatı böyük əhəmiyyətə malikdir. Bu əməliyyat sayəsində Türkiyənin sərhədindən İraqın daxilinə doğru uzanan 40-50 kilometrlik sahədə “Təhlükəsiz bölgə” yaradılması planlaşdırılır.

Pəncə əməliyyatı Haftaninin ardından Zap ilə Metinaya yönələcək. Batufadan başlanan Sidekana uzanan qırmızı cizgi yaradılması planlaşdırılan regionun sərhədlərini göstərir.

Hurriyyet.org