Türk dövlətləri birləşir-Kənd təsərrüfatından peyvənd hazırlanmasına qədər bir çox sahələrdə əməkdaşlıq başlayır

15/06/2020 - 14:36 6 046 4   2  

6 türk dövlətindən ibarət Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (Türk Konseyi/Keneş), 500 milyon dollarlıq Türk Maliyyə Fondunu qurur. Təşkilat, strateji sahələrdə ortaq istehsal həyata keçirəcək. 200 milyon əhali, illik 1.5 trilyon dollarlıq iqtisadi həcmə sahib, neftdən qaza qədər təbii sərvətləri ilə dünya ilə yarışan türk dövlətlərinin qurduğu Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası (TDƏŞ) iqtisadi müstəvidə də birləşmək üçün aparılan işləri sürətləndirdi.

Suveren.az bu barədə "Sabah"a istinadla bildirir. Türkiyə, Azərbaycan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, rəsmi üzv olmasa da bütün çalışmalarda iştirak edən Türkmənistan və müşahidəçi üzv Macarıstandan ibarət Türk Şurasının mərkəzi bankları arasında swap razılaşmalarına dair görüşmələr başladı. Səhiyyə və müdafiə sənayesində birgə istehsal üçün komissiyalar quruldu. Qida və dərman tədarük zəncirlərinin üzv ölkələr arasında fasiləsiz təminatı üçün imzalar atıldı. Türk Şurasının uzun müddətli mərhələdə müdafiə sənayesi gücü əmələ gətirə bilməsi üçün strateji məsələlərdə çalışmalar başladı. İqtisadi və siyasi birliyin ilk əsaslı layihəsi isə Türk Maliyyə Fondu oldu. Fondun ilk etapda 300-500 milyon dollar həcmində olması planlaşdırılır. Həmçinin, şuranın müşahidəçi üzvü olan Macarıstan da fonda dəstək olmaq qərarı verdi. Üzv ölkələrin maliyyə baxımından güclənməsi üçün milli bank rəhbərlərinin İstanbulda görüşməsi planlaşdırılır. 

Əsas Katiblik mərkəzi Türkiyədə olan Türk Şurası, dövlət başçılarının direktivləri ilə başladılan iqrtisadi inteqrasiyada vacib adımlar atdı. Baş Katib köməkçisi Dr. Ömər Kocaman, prezident Rəcəb Tayyib Ərdoğanın, 2019-cu ildə Bakı Sammitində, "6 dövlət, tək millət" şəklində etdiyi təsbitin özləri üçün bir direktiv olduğunu bildirərək, "Bu hədəfə istiqamətlənmiş işlər sürətləndi. İlk etapda fond qurulur. 300-500 milyon dollar arasında olması nəzərdə tutulmuş fondla bağlı razılaşma pandemiya olmasaydı daha əvvəl imzalanacaqdı. İmzanın bu il İstanbulda atılmasını nəzərdə tutmuşuq. Macarıstan da fonda dəstək vermək niyyətində olduğunu açıqladı" dedi. Kocaman, virus səbəbi ilə Türk Şurasının dərman və qida tədarükündən ortaq peyvənd hazırlanmasına qədər bir sıra qərarlar qəbul etdiyini bildirərək, "Səhiyyə, yük daşımaları ve ticarətin inkişaf etdirilməsi üçün çalışmalar başladı. Səhiyyə nazirlərinin toplantısı baş tutdu. Ortaq şəkildə tibbi vasitələrin istehsalı və epidemiyaların qarşısının alınması üçün əməkdaşlıq ediləcək. Tədarük zənciri komitəsi qurulacaq. Kənd təsərrüfatı məhsulları tədarükü üçün işlər aparılacaq. İqtisadi və Ticarət Koordinasiya komitəsi də quruldu" deyə məlumat verdi.
Çində istehsal olunan malların Türk Şurası üzvü ölkələrin ərazilərindən keçən orta koridor vasıtəsi ilə Avropaya çatdırmanın vacib olduğunu söyləyən Ömər Kocaman, bu layihənin əhəmiyyətli bir hərəkət təmin edə biləcəyini vurguladı.