Ermənistan, Hayastan - 1920 ci ilə qədərki tarixdən yazanların bu iki xronimi sinonim kimi işlətməsi böyük qəbahətdir.
Çünki bunlar ayrı-ayrı coğrafi anlam tutumu ilə müxtəlif çağlarda yaranmış və deyilən tarixə qədər fərqli bölgələrin adı kimi işlənmişdir.
Hər iki ad etnotoponimdir, lakin biri qədim türk etnonimi olan Ərmən boy adı ilə, o birisi isə hind-avropa dilli boylardan olan hayların adı ilə ortaya çıxmışdır.
Erimen adını Urartu çarlarından biri, daha doğrusu, III Russonun atası daşıyır. Nəzərə almaq gərəkdir ki, urartu etnik -coğrafi hüdudlarından çox uzaqlara yayılan ərmən sözü urartuca yox, türkcədir, çünki urartu dilində bu şəxs adı yalqızdır və bu dildə erimen/ermen sözləri yoxdur. Öncə türk toplumu içində ermən/ ərmən/arman boyadı ilə yaranan toponimlərdən bir neçəsini göz önünə gətirib, onların hansı türk ellərində yayıldığını izləyək:
Ermen dağı (Qazax eli)
Ermentau şəhəri( Qazax eli)
Erman qışlağı ( Özbək eli)
Arman qala (Türkmən eli) və.s.
Örnəklərdə də göründüyü kimi, Ermən adı müxtəlif fonetik variantlarda Qazax, Özbək, Türkmən ellərində işlənir. Ermen adının boy adı kimi işlənməsi göstərir ki, yuxarıdakı yer adları etnotoponimlərdir.
Mada elbəyi Ərbəyin ölkənin qüzey bölgələrində iç və dış oğuzlar kimi, Van gölünün quzey-batısında yerli və gəlmə türk boylarının qovuşduğu Ərmən adlanacaq bu Urartu bölgəsində bir sak bəyi Paruyuru bölgə bəyi təyin etməsi gercək olay sayıla bilər, lakin bunun haylara heç bir aidiyyatı yoxdur. Midiya tarixi üzrə tanınmış uzman İ.M.Dyakonov yazır ki, vaxtilə Q.A.Kapantayan, B.B.Piotrovski və başqa tarixçilər hətta bu Paruyur bəyin məşhur sak elbəyi Partatua ola biləcəyi fikrini irəli sürmüşlər.
Beləliklə e.ə. 612 ci ildə Van gölü ətrafında Paryur bəyin yönətimi ilə yaranan və haylara heç bir aidiyatı olmayan bu bəylik 90 il sonra, Əhəmənilər çağında "Ermən vilayəti" adlanır. Sonradan xristianlığın yarandığı çağlarda Suriyanın şimalından buraya sızan hay tayfalarının gəlişinə qədər bölgədə əsasən ermən, urmu, qaşqay, subar-mitan, sak, qamər türk boyları və qafqazdilli urartu boyları yaşayırdı.
Xilafət zamanı ərəblər Aran torpağını və Qafqazda fəth etdikləri başqa torpaqları birləşdirərək ona Ərməniyyə adı verdilər.
"Ermənistan və Hayastan tamamilə fərqli etnotoponimlərdir"-Şahlar Hacıyev

Tarixçi-araşdırmaçı Şahlar Hacıyev
Bölmənin xəbərləri