ABŞ Səudiyyə Ərəbistanından üzr istədi

02/11/2018 - 22:21 29 338 0   0  

ABŞ Mərkəzi Qüvvələr Komandanlığı Səudiyyə Ərəbistanından üzr istəyib.

Kölələrlə bağlı dərc edilən məlumata görə üzr istənildiyi bildirilib:

"İnternet səhifəmizdə tam şəkildə araşdırılmadan yayılan uyğunsuz materiala görə məyusuq və bundan dolayı Səudiyyə Ərəbistanından üzr istəyirik".

Qeyd edək ki, ABŞ Mərkəzi Qüvvələr Komandanlığı Səudiyyə Ərəbistanına göndəriləcək əsgərlər üçün kitabça hazırlayıb. Həmin kitabçada bildirilib ki, köləlik sözügedən ölkədə 1962-ci ildə aradan qaldırılıb və kölələr Səudiyyə Ərəbistanının əhalisinə qarışıb.