ÜST kimə qulluq edir: Bill Qeytsə, yoxsa insanlığa? Uşaq qatili "Qeyts Fondu"na kim "DUR" deyəcək?

18/04/2020 - 20:19 17 841 0   0  

Son dönəmlər belə xəbərlər gəlir ki, bir çox milyarderlər koronavirusdan qorunmaq üçün adalar alaraq, ailə üzvləri ilə birgə orada yerləşirlər. Lakin dünyanın ən nüfuzlu milyarderlərindən olan Bill Geyts BMT-nin bir bölməsi olan, qərargahı Cenevrədə olan Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) həqiqi sahibinə çevrilməkdədir. Necə? Bu suala cavab almaq və bütün dünyada insanlar üzərində “laboratoriya siçanı” kimi necə təcrübə aparıldığı ilə tanış olmaq istəyirsinizsə, təqdim etdiyimiz faktları diqqətlə oxuyun.

Son onillikdə dünyanın ən varlı adamı Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Böyük Britaniyadan irəli keçən, yalnız ABŞ-dan geridə qalan aparıcı donoru oldu. Hansı ki, Bill Geytsin bu “səxavəti” ona təşkilatın işinə zamanla daha da böyüdəcək çox ciddi təsir göstərmək imkanı verdi. Çünki ABŞ və Böyük Britaniya hökumətləri son dönəmlər bu qurumun maliyyəsini azaltmaqla hədələməkdədirlər. Belə bir zamanda Bill Geytsdən gələn maliyyə axını ÜST üçün prioritet oldu.

Hazırda təşkilatın fəaliyyətində B.Geytsin misli görünməmiş təsiri, gizli və effektiv idarəetmə yollarını ortaya qoyan kütləvi nümunələr çoxdur. 10 il əvvəl milyarder malyariyanın aradan qaldırılmasına investisiya qoymağa başlayan zaman, ÜST-nin bu xəstəliklə mübarizə proqramının rəhbəri də daxil olmaqla, yüksək vəzifəli şəxslər Fondun tədqiqat nəticələrin təhrif etdiyinə dair narahatlıqlarını ifadə etdilər.

Hazırda isə Geytsin ÜST-yə təsiri işçilərin və elm adamlarının narahatlığına səbəb olmaqdadır. Onlar qorxurlar ki, “Geyts Fondu”nun pulu iri biznesdən investisiya kimi gəldiyindən, şirkət maraqlarını irəli sürmək üçün “Troya atı” ola bilər. Bununla da, ÜST-nin səhiyyə siyasətinin formalaşmasında və standartların təyin olunmasında rolu sarsılar.

Digərləri sadəcə qorxurlar ki, ÜST Geytsin pulundan çox asılı vəziyyətə düşməkdədir. Hansı ki, bunun nəticəsində təşkilat insanlığa xidmətdən çox, farmakoloji korporasiyalara faydalı olan iş istiqamətini üstün tuta bilər.

Məlumat üçün bildirək ki, “Geyts Fondu” 2000-ci ildən bu yana ÜST-yə 2.4 milyard dollardan çox sərmayə qoyub. O, poliomielitin aradan qaldırılması ilə məşğuldur.

Adam bəzən düşünür ki, bunda səhv ola bilər? Ancaq “şeytan” təfərrüatlarda gizlənib.

“Hindistanda poliomielitin kökünü kəsməyi vəd edərək bu ölkənin Milli Məsləhət Şurasına (NCC) nəzarəti ələ aldı və 5 yaşdan kiçik hər uşağa 5 əvəzinə, 50 vaksin vurulmasını əmr etdi”, - Sott xəbər verir .

Sonradan məlum oldu ki, Geyts peyvəndləri uşaqların sağlamlığına zərər verir. Çünki 2000-ci illə 2017-ci il arasında milyarderin "dərmanının" 496 000 uşağı iflic etdiyi haqda ciddi itthamlar var.

2017-ci ildə Hindistan hökuməti Geytsin peyvənd rejimini ləğv etdi və əl buyruqçularını NQF-dən qovdu. Bundan sonra poliomielitdən iflic halları kəskin şəkildə aşağı düşdü.

2017-ci il eyni ildə ÜST boynuna aldı ki, qlobal şəkildə poliomielit partlamasının xəstəliyin yayılmasının nəticəsi yoxdur. Bu isə o deməkdir ki, məqsəd “drəmanların” sırınması olub ki, nəticədə də Geyts peyvəndləri üzündən uşaqlar sağlamlıqlarını itirdilər.

Üstəlik, "poliomielit epidemiyası" ilə eyni hekayə Konqo, Filippin və Əfqanıstanda da baş verib. Uşaq ölümlərinin və iflicin səbəbinin də Qeyts peyvəndləri olduğu ortaya çıxıb.

Bundan əlavə, 2014-cü ldə “Geyts Fondu” insan papilloma virusuna qarşı eksperimental peyvəndlərin sınaqlarını maliyyələşdirib. Təcrübə Hindistanın ucqar əyalətlərində 23 min gənc qız üzərində aparılıb. Onlardan təxminən 1200-ü immun azaldan xəstəliklər və sonsuzluq da daxil olmaqla, ciddi yan təsirlərə məruz qalmağa başlayıb. Nəticədə yeddi qız öldü.

Araşdırma zamanı məhkəməyə müdaxilə, məmurlarln rüşvətlə satın alınması, qızları qorxutmaq və s. faktlar qeydə alınıb. Hazırda bu iş ölkənin Ali Məhkəməsindədir.

2010-cu ilin əvvəlində “Geyts Fondu” 1549 afrikalı uşağı öldürən və ciddi mənfi təsirlərə - 1048 uşaqda iflic və 5049 uşaqda febril tutmalarına səbəb olan eksperimental malyariya peyvəndi tədqiqatını da maliyyələşdirmişdir. İddia olunur ki, Afrikanın cənub bölgəsindən Saxarayadək olan ölkələrdə  afrikalı uşaqları meningit əleyhinə peyvənd etmək kampaniyası zamanı 500-ə yaxın uşaqda iflic əmələ gəlmişdir. Sonra Cənubi Afrika qəzetləri şikayətlənərək qeyd etmişdilər: "Biz peyvənd istehsalçıları üçün dəniz donuzlarıyıq".

Professor Patrick Bond Geytsin “xeyriyyəçilik” təcrübələrini "amansız" və "əxlaqsız" adlandırdı.

2010-cu ildə Geyts açıq şəkildə yeni peyvəndlərin köməyi ilə əhalini azaldacağını vəd edərək, ÜST-yə 10 milyard dollar ayırmışdır. 2014-cü ildə bu qalmaqallı məlumatın yayılmasından sonra Keniyanın Katolik Həkimləri Assosiasiyası ÜST-ni milyonlarla keniyalı qadını saxta “Tetanus” peyvəndi adı altında  kimyəvi sterilizasiya (qısırlaşdırmaq) etməkdə günahlandırdı. Sonradan müstəqil laboratoriyalar sınaqdan keçirilmiş hər peyvənddə qadınların sterilliyi üçün kimyəvi maddələr aşkar etdilər. İddiaları bir müddət etiraf etməyən ÜST, nəhayət, on ildən çoxdur sonsuzluq üçün vaksinlər hazırladığını etiraf etdi.

ÜST-yə oxşar iddialar Tanzaniya, Nikaraqua, Meksika və Filippindən gəldi. 2017-ci ildə edilən bir araşdırma ÜST-nin DTP peyvəndinin, uşaqların peyvənd edildiyi xəstəlikdən daha çox afrikalı öldürdüyünü ortaya qoydu. Aşılanmış qızlar peyvənd olunmamış uşaqlara nisbətən 10 dəfə daha çox əzab çəkirdilər.

Geyts və ÜST hər il bu qurumun xətti ilə Afrikada uşaqlara vurulan bu ölümcül peyvəndi ləğv etməkdən imtina edir. Dünyadakı ictimai səhiyyə müdafiəçiləri Geytsi ÜST-nin iş istiqamətini təmiz su, gigiyena, qidalanma və iqtisadi inkişaf məsələlərini həll etmək yönündən ölümcül təhlükəli uşaq peyvəndlərinin sırınmasına yönləndirməkdə ittiham edirlər.

Eyni zamanda, Geyts onun uşaq peyvəndləri ilə etdiyi təhlükəli eksperimentlər haqqında həqiqəti ortaya qoyan hər kəsi susdurmağa çalışaraq, güc və puldan istifadə edir.

Yanvar ayında sağlamlıq qorunması üzrə 30 qrup yuxarıda göstərilən səbəblərə görə “Qeyts Fondu”nun ÜST-nin rəsmi tərəfdaşı olmasına etiraz olaraq, qurumun İdarə Heyətinə açıq məktub yazıb. Bununla belə, Fond hələ də ÜST ilə Geyts arasındakı münasibətlərdə praktik olaraq heç bir şeyi dəyişdirməyən, bir qədər fərqli status almaqdadır.

Eyni zamanda, ÜST Geytsin “Klinton Fondu” ilə əməkdaşlıq etməsinə kömək etmək üçün əlindən gələni edib.

Ancaq indi “Covid-19” böhranı başlayıb və Geyts ciddi şəkildə fəallaşıb. Hazırda ÜST tarixdəki ən böyük qlobal çaxnaşmaya səbəb olan koronavirusdan ölüm nisbətini süni şəkildə şişirtsə də, “Qeyts Fondu” “Covid-19” peyvəndinin ilk sınağının başladığını elan etdi.

Bəziləri əvvəlki peyvənd təcrübəsini nəzərə alaraq bu vaksinin effect verəcəyinə şübhə edir. İndi yalnız afrikalıları deyil, avropalıları və amerikalıları, bütün dünya əhalisini peyvənd edəcəklər. Məqsəd yenə də bəllidir: Bill Qeyts fondunun maliyyələşdirdiyi peyvəndlə əhalini şikəst etmək və qısırlaşdırma əməliyyatlarına imza atılıb. Bu fakt artıq müəyyən ölkələrdə aşkar edildiyindən, müxtəlif qurum və qruplardan etiraz səsləri ucalmaqdadır. Amma ÜST dayanmaq bilmir. Buradan isə belə çıxır ki, ÜST dünya əhalisinin sağlamlığının qorunmasının yox, Qeytsin insan üzərində təcrübələrinin davam etməsinin keşiyindədir.

Azərbaycanda necə, bu insanı azaltma layihəsini açıqca etiraf edən Fondun peyvəndləri uşaqlara vurulurmu? Vurulursa, niyə Səhiyyə Nazirliyi ölkənin uşaqları üçün peyvəndlər hazırlamır? Axı, bu günün uşaqları sabahın gənc nəsli və ölkəni ayaqda saxlayan insan resursudur. Bu resursu uşaq artımının qarşısının alınmasını hədəfləyən Geytsin azğın təcrübələrinə qurban vermək olmaz.  Azərbaycanın əhalisi onsuz da çox deyil…

Mənbə: politus.ru

Hazırladı: Ülviyyə ŞÜKÜROVA,

Suveren.az