Naxçıvan və Bakı arasında uçuşlar bərpa edilir... - RƏSMİ AÇIQLAMA

16/04/2020 - 18:12 13 043 1   1  

"Karantin müddətinin uzadılması ilə bağlı aidiyyəti qurumların rəy və təklifləri təhlil edilir. Ölkənin sanitar epidemioloji vəziyyəti müzakirə olunur. Bu əsasda karantin müddətinin davam etməsi barədə qərar qəbul olunsa, ictimaiyyətə geniş məlumat veriləcək".

Bu fikirləri Prezidentin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bu prosesdə dünyadakı vəziyyət də nəzərə alınacaq.

Prezidentin köməkçisi bildirib ki, Naxçıvan və Bakı arasında uçuşların bərpası məsələsinə də baxıla bilər./Report