Rusiyanın başı dərddə - Marqarita Simonyan Krasnodar ermənilərini üsyana çağırır

16/04/2020 - 15:10 18 906 2   2  

Krasnodar diyarındakı erməni diasporu, əsl üsyanla hədələməklə yerli hakimiyyət orqanlarını açıq şantaja keçir. Bunun bəhanəsi, bölgədə koronavirusun yayılması səbəbiylə elan edilən karantin rejimi oldu. Turistlərə xidmət göstərən kiçik biznes nümayəndələri, əsasən də ermənilər, bölgə rəhbərindən guya diyar qubernatoru dövlət dəstəyi vermədiyi üçün inciyiblər. Beləliklə, yerli erməni “möhtəkir burjuaları” Kubanda etnik qarşıdurmanın başlaya biləcəyi ilə hədələməyə başladı.

Karantin tədbirləri bütün iş sahələrini vurdu, lakin ən əsas da - kafe, restoran, otel və gecə klublarını. Qonaqpərvərlik sənayesi bir anbarlara qədər kilidləndi və ən yaxşı halda iyulda açılacaq. Hətta o zaman da virusun yenidən yoluxma qorxusu üzündən turist axını az olacaq. Bu vəziyyət Rusiyanın bütün bölgələrində müşahidə olunur. Kiçik müəssisələrin hamısında eyni problemlər var. Ancaq Rusiyanın cənubundakı “topu əlində tutan” erməni diasporu yerli hakimiyyətə qarşı müharibə elan edərək fürsətdən istifadə etmək qərarına gəldi.

Məlumata görə, Qara dəniz kurortlarında əksər kafe və otellərə sahibi olan erməni diasporu qubernatorun onlara dəstəkdən imtina etməsini bağışlamadı və iğtişaşlar hazırlayır. Telegram-  kanallarından birində otel və restoran sahiblərinin çox keçmədən "Qırmızı 35" və şəhər meriyasının qarşısında piket keçirəcəyi bildirildi.

Mediya artıq yazdı ki, Rusiyanın cənubundakı çoxsaylı erməni diasporunun Krasnodar diyarının qubernatoru Veniamin Kondratievi “ovlamağa çalışdığını” yazmışdı.

Qonşu Volqoqrad ərazisindəki ermənilər, Marqarita Simonyanın misalında federal mediadakı etnik ermənilər və Rusiyanın cənubundakı ticarət şəbəkələrinin əhəmiyyətli bir hissəsini tutan Krasnodarlı erməni iş adamları bu ümumi məqsədə öz töhfələrini verirlər. Ötən ilin sentyabrında müəlliflərindən biri məşhur Marqarita Simonyan olan “Nezıgar” kanalı, Krasnodardakı erməni icmasının üsyanına işarə etdi. Simonyan özü hər hansı bir şəkildə bu kanalla əlaqəli olduğunu təkzib edir. Ancaq etibarlı mənbələrdən Simonyanın "Nezıqar"ın müəlliflərindən biri olduğunu öyrənə bildik.

Simonyanın fitvası ilə ermənilərin Krasnodar qubernatoru Kondratievi devirmək planı hələ keçən il işə salınmışdı. Sentyabr ayında “Nezıgar” Kondratyevi Krasnodar qubernatorunun bölgənin inkişafı ilə bağlı çox spesifik bir dünyagörüşü olmaqda  günahlandırdı.

Nezıgar: "2017-ci ildən bəri burada" kazak iqtisadiyyatı” yaratmağa çalışır: 300-500 hektar ərazini pulsuz paylamağı planlaşdırır. Kazaklar özlərini idarəetmə orqanlarına çəkirlər və hətta kazak polisi də yaradılır." Müəllif Kondratyevi “hərbiləşdirilmiş separatçılıq” yaratmaqda ittham edərək, xüsusi acıdilliklə vurğulayır ki, "200 min kazak Kuban kazak ordusunun bayrağı altında duracaq".

Telekanalın müəllifinin xoşuna gəlməyib ki, Kondratyev Rusiya dövlətçiliyinin maraqlarına uyğun hərəkət edir və onu milli məsələni kəskinləşdirməkdə qınayır.

Nezıqar: “Tarazlıq yaratmaq əvəzinə, Kuban arzuolunmaz azlıqlardan təmizlənir (Veniamin İvanoviçin böyük şəxsi marağı olan geylərlə qarışdırılmamalıdır). Bölgədən gələn erməniləri metodik şəkildə sıxışdırırlar" deyə kanal yazıb. Bu təxribat Krasnodarınlı “görməmiş”  Simonyana aiddir. Ruslar və digər xalqların nümayəndələri bölgədən metodik olaraq qovulur və sonradan hakimiyyəti ilə bölgənin muxtar rejimini ələ keçirmək üçün ermənilərə yol açılır.

Bundan əlavə, "nədənsə" mətn müəllifi Kondratyevə əsas yerli iş adamı - Krasnodar futbol klubunun prezidenti və "Magnit" pərakəndə satış şəbəkəsinin keçmiş rəhbəri Serqey Qalitskini nümunə göstərir. Əslində bölgə erməni diasporu tərəfindən tam mənimsənilmə təhlükəsi altındadır.

Çoxsaylı erməni diasporu məhz Qalitskini qubernatorluğa irəli sürür. Məlumat üçün deyək ki, Qalitskinin soyadı, evlənmədən əvvəl Harutyunyan idi!

“Nezıqar”dakı sui-qəsddə uğursuzluğa düçar olan Simonyan, 52 yaşlı Qalitskini Kondratievlə müqayisə edərək onun “səxavətli” obrazını təsvir etməyə davam edir.

“Nezıqar” o zaman "Və əgər o (Kondratyev - red. PV) özünü yaxşı hiss etmirsə (" Daim stres vəziyyətində olanda, bəzən düşünürsən ki, sonu olmayan dəhşətdənsə, dəhşətli sonu daha yaxşıdır"), onda digərləri haqqında nə demək olar? Qalitski, Maqnitin satışından əldə edilən pulu, Krasnodarı əsl Avropa şəhərinə çevirmək olan xüsusi bir xeyriyyə fonduna köçürdü. Beləliklə, mən daş üzərində bir naxış tapdım - kimsə kazak respublikası qurmaq istəyir, kimsə normal Avropa həyatını" deyə yazdı. Simonyan "Avropa həyatı" adı altında Krasnodardakı erməni muxtariyyətini nəzərdə tutur.

Kanalın müəllifləri (Simonyan) da kazaklarla yəhudilər arasında millətlərarası düşmənçiliyi alovlandırmağa çalışaraq, qubernatorun, onların iddia etdiyi kimi, hər şəkildə yəhudilərdən qaçdığını qeyd etdi.

"Hə, burada hər şey məntiqlidir – kazaklar yəhudilərə çoxdan nifrət edir, "Taras Bulba "nı və yəhudi talanlarının tarixini oxumaq kifayətdir." Kazak qubernatoru"nun "Məsih satanlar" ilə qaynayıb-qarışması mümkün deyil. Deyəcəksiz ki, "Orta əsrlərdirmi? Yox, sadəcə tam irqi quberniyadır" deyə Simonyan yazdı. Lakin sonra Simonyan, cari tendensiyalarla tamamilə uyğun olan tam bir təsvir verir.

"Bəs Rusiyanın o qədər də sabitlik olmayan cənubunda nə baş verəcək, məsələn erməni üsyanı? Axı, hətta Kondratyevin səxavətlə PR üçün ayırdığı böyük büdcələr də kömək etməyəcək – təkcə keçən il “informasiya dəstəyinə görə” yarım milyard və KİV-lərə isə demək olar ki, bir milyard".

Burada şərh artıqdır. Qalitski-Harutyunyan, yeri gəlmişkən, məlumatlara görə, baş nazir Mixail Mişustinin qohumudur.

Hakimiyyətin pərdə arxasında söhbətlər gəzir ki, Mişustinin erməni mənşəli olması, kadr seçimi və lobbiçiliyə təsir göstərə biləcək, nəticədə Rusiyanın cənub bölgələrinin ayrılmasına səbəb olacaq.

"Gradator.ru"

Tərcümə etdi: Ülviyyə Şükürova