Nəhayət ki, tibb aləmində "koronavirus yox, siyasi fırıldaq - politikvirus var" deyənlər meydana çıxdı - Volfqanq Bodarq:"Kral çılpaqdır"

15/04/2020 - 17:42 17 975 4   0  

Tanınmış həkim "korona" barədə: “Bu hadisələr mənə çılpaq kralın nağılını xatırladır”....

Suveren.az bu barədə "Euronews"a istinadla bildirir. Alman pulmonoloq, Avropa Şurası Parlament Assambleyasının səhiyyə komitəsinin keçmiş sədri Volfqanq Bodarq koronavirus pandemiyası ətrafında yaranmış vəziyyətin aydın olmadığını söyləyib.

Tanınmış həkim epidemiya ilə mübarizə tədbirləri barədə qərarların, əsasən, tibbi deyil, siyasi səbəblərə görə verildiyini hesab edir. O, bu barədə yerli mətbuata verdiyi açıqlamada danışıb:

"Əhəmiyyətli rol oynamaq və təşkilatları üçün pul qazanmaq istəyən elm adamları siyasətçiləri dəstəkləməyə çalışır. Bu cür elm adamları, sadəcə, axınla gedir və onun bir hissəsi olmaq istəyirlər... Bu, həqiqətən, yeni bir şeydir? Çatmayan budur. Bu, mənə çılpaq kralın nağılını xatırladır. Çünki yalnız bir uşaq "Bax, o çılpaqdır!" deməyə cürət edir. Qalan hər kəs bu oyuna qoşulub. Sual yaranır ki, bu virusun təhlükəli olduğunu haradan bildiniz? Əvvəllər necə idi? Keçən il belə deyildimi? İndi rasional fikir çatışmazlığı var".