“ÜST KORONAVİRUSLA BAĞLI HƏQİQƏTİ GİZLƏDİB” - ABŞ bu qurumun maliyyələşdirilməsini dayandırır

15/04/2020 - 14:43 13 676 0   0  

ABŞ Ümumdünya Səhiyyə Təşkilatına maliyyə yardımını dayandırır.

Suveren.az "RİA Novosti"y' istinadla xəbər verir ki, bu barədə jurnalistlərə ABŞ prezidenti Donald Tramp məlumat verib.

"Koronavirus böhranın pis idarə edilməsində və onun yayılmasının gizlədilməsində ÜST-ün roluna dair araşdırma aparılması üçün təşkilata maliyyə yardımın dayandırılması barədə göstəriş verdim", - deyə D.Tramp bildirib.

Onun sözlərinə görə, ÜST koronavirusla bağlı məlumatları vaxtında verməyib və həqiqəti dünya ictimaiyyətinin diqqətinə çatdırmayıb.