Ermənilər koronavirusda Rusiyanı günahlandırırlar

11/04/2020 - 19:14 8 900 0   0  

Ermənistanda Gümrü şəhərindəki rus hərbi bazasına hücumlar aktivləşib. Erməni siyasi şərhçisi Qalust Qriqoryanın yaxın günlərdə erməni KİV-lərində, Gümrüdəki 102-ci rus bazasının –“sadəcə torpağımızdakı işğalçı hərbi qüvvələr yox, həmçinin bizim cibimizdən maliyyələşən baza olması, öz-özlüyündə həyasızlıq və çirkinlikdir”, bəyanatı təsadüfi deyildi.

Təəccüblüdür ki, hər şeyini – dövlətçiliyin qurulmasından tutmuş iqtisadi varlığını, ümumən mövcudluğunu  Rusiyaya borclu olan ölkədə vicdansızcasına elan edirlər ki, onlar buradakı rusları “öz ciblərindən” təmin edirlər. Guya ki, Ermənistanın “öz cibi” var. Onların cibi yaxud dünyadakı pulqabısı – yarısı diasporanın, ən çox da Rusiyanın pullarıdır. Məlum olduğu kimi, çoxsaylı erməni-milyarderlər Rusiyadan külli vəsaitlər dartıb, Ermənistanı bəsləyirlər. Amma Qalust Qriqoryan nəinki rusları “işğalçılar” adlandırır və Rusiyanı erməniləri 102-ci bazanı maddi təminatına məcbur etməkdə günahlandırır, həmçinin Rusiyanı dünyada koronovirusun yayılma mənbəyi olmaqda ittiham edir. Eyni ilə bu cür, ermənilər Rusiyanı 2007-ci il zəlzələsində də ittiham etmişdilər.

“Məni maraqlandıran əsas sual budur: Covid-19-u Rusiyadan Uxan şəhərinə təsadüfən yoxsa qəsdən gətirdilər?”, - Qalust, - onun dili ilə Paşinyan deyir.

“Ola bilər ki, Putin Rusiyası koronovirusun epidemiyasında günahkar ölkədir, koronovirus isə bioloji müharibə elementidir. Rus xüsusi xidmət agentləri Çində hərbi oyunlarda virusu yaydılar.

Təəssüf ki, bizim ölkəmizdə də Rusiya xüsusi xidmət orqanlarının çox sayda nümayəndələri və agentləri var. Üstəgəl, Gümrüdə rus hərbi bazası var. Onun Ermənistan üçün təhlükəsi böyükdür. İndi, koronavirusa yoluxmuş ermənilərin sayının artması fonunda aydın olur ki, virus Ermənistanda necə peyda ola bilər...”- Qriqoryan ya çaşqınlıqdan, ya Rusiya nifrətindən, ya da ABŞ Dövlət Departamentindən verilmiş tapşırığa görə niftərini ifadə edir.

Doğrudanmı elə həmin bu Qriqoryana, ərazisində ABŞ biolobaratoriyası olan Ermənistan vətəndaşına aydın deyil ki, korornavirus haradan ortaya çıxdı? Bundan əlavə, Qriqoryan və Paşinyana bir “qorxulu sirr” açaq ki, ölkəsini bioloji silahın təcrübə poliqonu kimi amerikalıların sərəncamına verən Ermənistan, İran və Rusiyanın yaxınlığını nəzərər alaraq, virusun yayılma mənbəyi kimi çıxış edir. Hər halda, mənbələrdən biri kimi.

Niyə ermənilnər məhz indi özlərində Rusiyaya hücum etmək cəsarəti tapırlar?

Onlar düşünürlər ki, Rusiya zəifləyib? Onlar güman edirlər ki, Mişustun və Lavrov tandemi – ermənilərə Rusiyaya qarşı hər şeyə cəsarət etmə imkanı verir? Onlar Putinin qazı rublla ödəmə güzəştinə gedəcəyinə görə sakitləşiblər və Paşinyanın rus-belarus münasibətləri fonunda uğurlu əməliyyat edə bildiyinə stavka edirlər? Ya da arxayındırlar ki, Ermənistan qonşuları- Türkiyə, Azərbaycan, Gürcüstan və Rusyanın əraziləri hesabına oğurlanmış dövlətçilik eyforiyasını yaşayacaq?

Suallar çoxdur. Yeri gəlmişkən, bu Paşinyan hakimiyyətə gələndən bəri ictimai narazılığın guya baş verənlərin ölkədə rus hərbçilərinin olmasından qaynaqlandığı bəhanəsi ilə ilk yatırtma cəhdi deyil. Xatırladaq ki, Levon Barseqyan ümumiyyətlə ölkədəki rus hərbçilərini gülləbaran etməyə çağırmışdı. “Verelq” nəşrinin məlumatına görə, o öz Facebook səhifəsində Gümrüdəki rus bazasının ətrafında ov tüfəngləri ilə gecə-gündüz keşik çəkmək çağırışı ilə çıxış etmişdi.

Biz anlamalıyıq ki, 102-ci bazanın Ermənistandan sıxışdırılıb çıxarılması vaxt məsələsidir. Dəyişən yalnız bəhanələr olacaq – ya yaşlı qarının ölümü, ya virus, amma məqsəd dəyişməzdir. Ruslar Ermənistandan getməlidirlər, amma əvəzində isə ermənilər Rusiyada çoxalır. Koronakrizis böhranı daha da dərinləşdirir.         

"Gradator.ru"

Tərcümə etdi: Ülviyyə Şükürova