“Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”. Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib. Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə də var: “Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, koronavirusdan yanaşı gedən xəstəlikləri olan şəxslər vəfat edirlər. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri, qəbul etdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrdir”. O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir: “Ona görə də böyük şəhərlərdə olan insanların üzərinə daha ciddi məsuliyyət düşür”. /Oxu.az
Azərbaycanda iki yaşlı uşaq koronavirusa yoluxub - RƏSMİ AÇIQLAMA
“Bu gün Azərbaycanda koronavirusa yoluxanlar arasında iki yaşında olan uşaq da var. Ən qocaman xəstə isə 90 yaşındadır”.
Bunu Nazirlər Kabineti yanında operativ qərargahın keçirdiyi mətbuat konfransında Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) İdarə Heyətinin sədri Ramin Bayramlı bildirib.
Onun sözlərinə görə, sağalanlar arasında 82 yaşlı xəstə də var:
“Sağalma orqanizmin virusa cavabından asılıdır. Dünya təcrübəsi də göstərir ki, koronavirusdan yanaşı gedən xəstəlikləri olan şəxslər vəfat edirlər. Ölənlər də, əsasən, onkoloji, ürək çatışmazlığı, revmotoloji xəstəlikləri, qəbul etdikləri dərmanların əlavə təsirləri yüksək olan xəstələrdir”.
O qeyd edib ki, Bakı ilə yanaşı, Sumqayıt və Gəncə şəhərləri daha riskli ərazilərdir:
“Ona görə də böyük şəhərlərdə olan insanların üzərinə daha ciddi məsuliyyət düşür”. /Oxu.az
Bölmənin xəbərləri