ABŞ KORONAVİRUS ÜÇÜN "GÜNAH KEÇİ"SİNİ TAPDI - "VİRUSU HAZIRLAYIB ÇİNƏ SATAN" ALİM HƏBS EDİLDİ

07/04/2020 - 13:36 17 756 0   0  

ABŞ-da Covid-19 virusunu yaradan və onu Çinə satmaqda ittiham edilən şəxs saxlanılıb.

Suveren.az Muxalifet.az-a istinadla bildirir ki, bu barədə ABŞ-ın "WCVB" kanalı məlumat yayıb.

Məlumatı ABŞ-ın Ədliyyə naziri rəsmi olaraq səsləndirib. Söhbət Harvard universitetinin kimya və biologiya bölməsinin rəhbəri doktor Çarlz Liberedən gedir. Amerikalı alim Vuhan universiteti ilə Covid-19 virusunu tədqiq etmək üçün müqavilə imzalayıb.

Yeni növ koronavirusun yayılması və peyda olması ilə bağlı istintaq başlayıb. Amerikalı alim isə bu iş üçün 1.5 milyon dollar alıb. O, ABŞ-ın Milli Səhiyyə İnstitutundan, Harvard və Boston universitetlərindən qrant alıb, müntəzəm olaraq gündəlik Çindən pul tranşı əldə edib.

P.S. ABŞ Covid-19 məsələsinin son məqsədini deyil, virus üçün cəzalandırılacaq "günah keçi"sini tapdı.

Suveren.az