Gürcüstan prezidenti Salome Zurabişvili sabiq prezident Zviada Qamsaxurdiyanın ötən gün bıçaqlanan oğlu Tsotne Qamsaxurdiyanı xəstəxanada ziyarət edib.
“Sputnik Gürcüstan” xəbər verir ki, Tsotnenin vəziyyəti ilə bağlı həkimlərdən məlumat öyrənən Zurabişvili onun anası Manana Arçvadze Qamsaxurdiya ilə də danışdığını deyib:
“Mənim hücumla bağlı heç bir fikrim yoxdur. Detalları bilmirəm. Ancaq hadisə dəhşətlidir. Səhər tezdən Manana xanımla danışdım. Onun xahişi ilə bura gəldim ki, lazım olan hər şeyin edilib-edilmədiyini görüm. Doğrudan da, həkimlər hər şey edib. Əsas olan bu mürəkkəb dövrü ötürməkdir”.
Xatırladaq ki, Tsotne Qamsaxurdiya dünən bir neçə nəfərlə münaqişə zamanı sinə və bel nahiyyəsindən bıçaq zərbələri alıb. Xəstəxanaya çatdırılan Qamsaxurdiya iki dəfə əməliyyat olunub. Həkimlər vəziyyətinin ağır olduğunu bildirirlər.
Zurabişvili sabiq prezidentin bıçaqlanan oğluna baş çəkdi

Faktla bağlı artıq 5 nəfər saxlanılıb./Qafqazinfo
Bölmənin xəbərləri