Paşinyan növbəti dəfə Putini əsəbiləşdirdi – VİDEO

20/12/2019 - 20:27 15 124 0   0  

Bu gün Rusiyanın Sankt-Peterburq şəhərində Avrasiya İqtisadi Birliyinin (AİB) növbəti iclası keçirilib.

İclas zamanı Ermənistanın baş naziri Nikol Paşinyan və Rusiyanın prezidenti Vladimir Putin arasında ixtilaf yaşanıb. Belə ki, AİB-ə üzv dövlətlərin rəhbərlərini, həmçinin xüsusi qonaq qismində iştirak edən Moldova prezidenti İqor Dodonu və təşkilatın fəxri sədri Nursultan Nazarbayevi salamlayan N.Paşinyan protokolu pozaraq, tədbirə ev sahibliyi edən Rusiyanın prezidentinə söz verməyi unudub.

Belarus prezidenti Aleksandr Lukaşenko araya girərək, protokol üzrə V.Putinə söz verilməli olduğunu xatırladıb. Lakin protokolun bu cür kobud pozulması fonunda V.Putin Nikol Paşinyanın xahişini yerə salaraq çıxışdan imtina edib.

“Xeyr, çox sağ olun. Tamam, imzalamaya keçək”, - deyə Rusiya prezidenti qısa kəsib.