Xəbər verildiyi kimi noyabrın sonunda Azərbaycan qazını Avropaya nəql edəcək Cənub Qaz Dəhlizinin mühüm mərhələsi tamamlanacaq. Türkiyənin Yunanıstanla sərhədindəki İpsala bölgəsində TANAP qaz kəmərinin Transadriatik Qaz Kəmərinə (TAP) birləşdirilməsi üçün rəsmi mərasim təşkil ediləcək və TANAP-la Türkiyəyə nəql olunan Azərbaycan qazının TAP-a vurulması başlayacaq.
Virtualaz.org xəbər verir ki, bu münasibətlə İpsalada keçiriləcək təntənəli mərasimə Azərbaycan və Türkiyə prezidentlərinin qatılacaqları gözlənilir. Türkiyənin hakimiyyətyönümlü “Sabah” qəzeti yazır ki, prezidentlər Rəcəb Tayyib Ərdoğan və İlham Əliyev mərasimdə “Şahdəniz” qazının alıcıları olan Avropa ölkələrinə “Biz Avropaya qaz verməyə hazırıq” mesajını verəcəklər.
Qəzet xatırladır ki, TANAP-la Türkiyəyə oktyabrın 31-nə qədər 3 milyard kubmetrdən çox Azərbaycan qazı çatdırılıb. Türkiyə 2019-cu ilin iyun ayından 2020-ci ilin iyun ayına qədər TANAP-dan 4 milyard kubmetr qaz almaq öhdəliyi götürüb. 2020-ci ildən sonra isə Türkiyə TANAP-dan ildə stabil olaraq 6 milyard kubmetr qaz alacaq. Kəmərlə nəql olunacaq qazın qalan 10 milyard kubmetri isə TAP kəməri ilə Avropaya ötürüləcək.
TAP kəmərinin inşası bir qədər gecikdrilsə də başa çatmaq üzrədir və gözlənilir ki, Azərbaycan qazı 2020-ci ildən etibarən Avropa bazarına daxil olacaq.
İpsalada keçiriləcək mərasim Rusiyanın enerji çevrələrində və ekspertləri arasında da diqqətlə izlənilir. O cümlədən Rusiya mətbuatı noyabrın 30-da baş tutacaq rəsmi açılış barədə geniş bəhs edir. Çünki Avropa bazarında “Qazprom”a rəqib yaranır və bu da Rusiya qaz nəhənginin bazarına təsir göstərəcək. Rusiya ekspert çevrələrində Azərbaycan qazının Avropa bazarına daxil olmasının “Qazprom”un biznesinə təsirinə dair fərqli mövqelər var.
Bir çoxlarına görə, ildə 10 milyard kubmetr Azərbaycan qazının Avropaya daxil olması “Qazprom”un bazarına ciddi təsir göstərməyəcək, çünki həcm cüzidir. Lakin Azərbaycan qazının Avropada “Qazprom”a problem yaradacağını deyənlər də var. Çünki ABŞ-ın Avropaya sıxılmış qaz ixracını genişləndirməsi nəticəsində “Qazprom” artıq rəqabəti hiss edir. O cümlədən Türkiyə bazarında artıq mövqelərini əldən verir. Azərbaycan qazı Türkiyədə ən ucuz qazdır və TANAP işə düşəndən bəri “Qazprom”un bu ölkəyə satdığı qazın həcmi kəskin azalıb. Digər tərəfdən TANAP və TAP Rusiyanın Türkiyəyə çəkdiyi , daha sonra Avropaya istiqamətləndirməyə hazırlaşdığı yeni “Türk axını” kəmərinə birbaşa rəqibdir.
Rusiya ekspertləri hesab edirlər ki, Cənub Qaz Dəhlizi ancaq bir halda “Qazprom”a ciddi problem yarada bilər-Türkmənistan qazının bu dəhlizlə nəqli baş tutsa, yəni Transxəzər qaz kəməri layihəsi həyata keçirilsə. Bu isə mümkün hesab edilmir, çünki Rusiya və İran Transxəzər qaz kəmərinə qarşı olduqlarını dəfələrlə büruzə veriblər.
Əliyev və Ərdoğan İpsalada “Biz hazırıq” mesajı verəcək - RUSİYADA İSƏ MÜƏYYƏN NARAHATLIQ HİSS OLUNUR...

Bölmənin xəbərləri