“Mxitaryan Bakıya getmək istəmir? Öz işidir...” - UEFA PREZİDENTİ AZƏRBAYCANI MÜDAFİƏ ETDİ

25/05/2019 - 11:55 15 325 0   0  

UEFA prezidenti Aleksandr Çeferin “Arsenal” klubunun erməni hücumçusu Henrix Mxitaryan ətrafında son günlər Avropa KİV-lərində qaldırılmış süni ajiotaja münasibət bildirib. Xatırladaq ki, Azərbaycan tərəfinin bütün təhlükəsizlik təminatı verməsinə baxmayaraq Mxitaryan “təhlükəsizlik” bəhanəsi ilə Bakıya, Avropa Liqasının mayın 29-də keçiriləcək finalında “Çelsi” ilə oyuna gəlməkdən imtina edib. Ermənistan dairələri və Avropadakı ermənipərəst çevrələr isə Mxitaryanın qərarını Azərbaycana qarşı təbliğat aparmaq üçün istifadə edirlər.

“Mxitaryan Bakıya getmək istəmir? Bu oyunçunun öz işidir. Azərbaycan oyunçunun təhlükəsizliyinə təminat vermişdi. Əgər biz bu situasiya ilə bağlı getsək, futbol bu siyasi təzyiqlər altında oynansa gələcəkdə heç nə təşkil edə bilmərik”-Aleksandr Çeferin “Spiegel”ə müsahibəsində deyib.

Azərbaycanda insan haqları ilə bağlı problemlər haqda suala cavabında isə UEFA prezidenti deyib ki, belə problemlər başqa ölkələrdə də var. “Başqa ölkələrdə də buna oxşar problemlər var. Bu o deməkdir ki, Bakı sakinlərinin canlı futbol izləmək haqqı yoxdur?”-Çeferin bildirib./virtualaz.org/