Azərbaycanın qalmaqallı şairi, bir zamanlar erməni müğənnisi Zaranın Bakıya gəlməsinə dəstək verən Azərbaycan Yazıçılar Birliyinin üzvlüyünə namizəd, Xeberdar.az saytının baş redaktoru tanınmış şair Yafəs Türksəs bu dəfə ölkənin tanınmış şəxslərindən olan Səməd Vurğun haqqında özünün facebook profilində status paylaşaraq fərqli mövqedən münasibət bildirib. Sözügedən paylaşımı Azerbaycanrealligi.com oxucularına təqdim edirik:
"Səməd Vurğunu sovet təbliğat maşını çox şişirdib. Bu ənənəni indi də sovetdənqalma ədiblər davam elətdirirlər. Onun adamı silkələyən bir şeiri yoxdur, "Azərbaycan" şeirindən başqa. Hə, bir də övladığı ceyranlara babat bir şeir yazıb. Bu şairin adamı silkələyən bircə beyti, misrası yoxdur, bir möhtəşəm poetik tapıntısı yoxdur. Gənc şairlər dediklərimi təsdiq edərlər. Qocalar və obıvatellər, əlbəttə, anlamayacaq dediklərimi. Səməd Vurğun, orta səviyyədən bir az yuxarı yaza bilib. Onun poemaları, dram əsərləri başdan ayağa pafosdur. Əsl sənət belə olmur. Ta Ramiz Rövşən, Vaqif Bayatlı, Əli Kərim səviyyəsinə onun yazdıqları çatmaz. Mənim də 5-6 şeirim var ki, Səməd Vurğun səviyyəsi o şeirləri ərsəyə gətirə bilməz".
Erməni müğənnisinin Bakıya gəlməsinə dəstək verən, tanınmış şair Yafəs Türksəs bu dəfə Səməd Vurğunu aşağıladı