Kəramət Böyükçöl – bu ad Azərbaycan oxucusunun mimikasında “hə tanıdım” təəssüratı yaratmasa da, kifayət qədər məşhur və qalmaqallı isimdir. 1987-ci ildə İmişli rayonunda anadan olub. Bakı Dövlət Universitetinin filologiya fakültəsini bitirib. Hazırda həmin universitetin “Müasir Azərbaycan ədəbiyyatı” kafedrasında çalışır.
Əsasən sosial şəbəkələrdəki fəaliyyəti və əksəriyyətin etirazlarına səbəb olan açıqlamaları ilə gündəmə gələn Kəramət Böyükçöl iddialı yazardır. 2010-cu ildə “Çöl” romanı işıq üzü görüb. Bundan başqa “Səkkizinci gün” və “Pozğun” romanlarının müəllifidir. Yeniliyə və azadfikirliliyə kifayət qədər açıq olan Kəramət Böyükçölün hələlik ən sonuncu yeniliyi kitablarını oxucularına şəxsən satmasıdır. “Elmlər Akademiyası” metrostansiyasının yaxınlığındakı parkda “Pozğun” romanını böyük ədəb-ərkanla satan, özünün dediyinə görə bu işdən ciddi pul qazanan yazıçı ilə söhbətləşmək qərarına gəldik. Bu niyyətlə yollandıq Kəramətin şıdırğı kitab alveri etdiyi parka…Və, birinci sual…
- Xoş gördük, Kəramət bəy. Yəqin ki, sizi sırf bir yazıçı kimi sevib dəyərləndirən oxucularınız var. Amma daha çox sosial şəbəkələrdəki, xüsusilə də Facebook səhifənizdəki orijinal statuslarınız və saytlara, tv kanallarına verdiyiniz qalmaqallı müsahibələrinizlə gündəmə gəlirsiniz. Bununla nə demək, nəyə nail olmaq istəyirsiniz, yəni cəmiyyətə hansı mesajı ötürməyə niyyətlisiniz?
-Əvvəla, bu günün Azərbaycan mediyası- istər yazılı mediya, istərsə də saytlar - sosial şəbəkələrlə müqayisədə uduzur. Bu vaxta qədər saytlarda çap olunan yazılarımın böyük əksəriyyəti çox az oxucunun diqqətini çəkib, amma bir neçə gün sonra həmin yazını sosial şəbəkədə paylaşanda artıq yayılır, oxunur, əks-səda doğurur.
Onu da deyim ki, indi kitabla qalmaqal yaratmaq demək olar ki, mümkün deyil. Çünki adamlar kitab oxumur. Status isə qaçaraq oxunan bir şeydir, yəni metroda, avtobusda gözünə sataşır, oxuyub həmən reaksiya verirsən. Əminəm ki, kitabımı oxusalar, yenə də eyni reaksiyanı verərlər.
Adam var ki, öz fikirləri ilə qalmaqal yaradır, amma onun qalmaqalının arxasında potensial gücü, nüvəsi yoxdur. Mən isə yalnız yazdığım qalmaqallı statuslardan ibarət deyiləm, romanlarım, kitablarım var. Ciddi ədəbiyyat adamları tərəfindən təqdir olunan, qəbul olunan əsərlərim var. Yəni, boş bir adam deyiləm ki, ancaq statuslarıma görə dilə-dişə düşüm.
Hazırda kitabımın satışını təşkil etmişik, inanıram ki, buna da reaksiya olacaq.
-Əslində bayaq verdiyim sualın mahiyyəti başqa idi. Qalmaqal yaratmaqla nə demək istəyirsiniz? Özünüzə diqqət cəlb etmək istəyirsiniz, ya bu cəmiyyətə ünvanlanan bir mesajdır?
- Bunun adını siz qalmaqal qoyursunuz.
- Ona görə ki, ifadə etdiyiniz, yazdığınız fikirlər qalmaqala səbəb olur.
-Mənim axırıncı, sizin təbirinizcə desək, qalmaqallı çıxışlarımdan biri meyxana ilə bağlıdır. Mən nə dedim? Dedim ki, meyxana efirlərdən rədd olub getsin. Sadəcə bu fikri həssas bir məqamda - meyxanaçı Aydın Xırdalanlının dünyadan köçdüyü gün söyləmişdim. Halbuki, həmin fikrin Aydın Xırdalanlıya heç bir aidiyyatı yoxdur. İnsan dünyasını dəyişib, Allah ona rəhmət eləsin.
- Demişdiniz ki, Aydın Xırdalanlı ilə birgə meyxana da ölsün, efirlərdən yığışdırılsın, rədd olsun. Meyxananı fars mədəniyyətinin təbliği kimi qəbul etdiyiniz üçün sizə bu qədər yaddır?
- Xeyr, qətiyyən elə deyil. Mənim düşüncəmə görə, meyxana fərli bir şey olsa, onu efirə verməzlər. Meyxana bir növ narkotikdi, insanların beynini dumanlandırır. Bizim cəmiyyət də əsasən savadsız kütlədən ibarətdir deyə, bunlara nə deyirsən de, lap elə ağzına gələni de, amma qafiyə ilə de, xoşlarına gələcək. Sizi inandırım ki, onların alğışladığı qafiyə ilə söylənən fikirləri adi nəqli cümlələrə çevirib söyləsən, dəli olarlar, adamın üstünə hücum edərlər.
Ümumiyyətlə, meyxana küçə musiqisidir, onun yeri də elə çayxana və küçədir. Meyxanaçılar isə adını sənət qoyduqları meyxanalarla toylarda pul qazanırlar. Toya gedirsən, get, pul qazanırsan, qazan, heç kəs bunu sənə qadağan edə bilməz, amma efir məsuliyyəti deyilən bir şey də var axı, abır-həya da də olmalıdır axı.
İki nəfər çırtıq çala-çala qarşı-qarşıya durub bir-birinə dişinin dibindən çıxanı deyir, qan-tərə batır, kənardan onlara tamaşa edən məclis əhli isə hırıldaşır. Axı buna uşaqlar, yeniyetmə və gənclər baxır. Onlar bu səviyyəsiz çıxışlardan nə tərbiyə ala bilər axı?! Onlara nə verə bilər bu meyxana?!
- Əksər meyxanaçılar özlərini qəzəlxan Əliağa Vahidin davamçısı adlandırır. Yəni meyxana əslində qəzəl üzərində köklənən bir deyişmədir, hər hansı mövzu ilə bağlı bədahətən söylənən fikirlərdir.
- Əliağa Vahidin davamçısı olmaq da böyük bir iş deyil. Heç Əliağa Vahidin özünü də mən qəbul etmirəm. Doğrudur, qəzəl yazıb. Azərbaycan ədəbiyyatında qəzəl ümumiyyətlə üç mərhələdən keçib: Füzuli, Seyid Əzim, sonda da Əliağa Vahid.
Yəni Əliağa Vahidin davamçısı olmaq belə böyük bir şeydir ki, fəxrlə “Əliağa Vahidin davamçısıyam” deyirsən?
- Niyə fəxr ediləsi iş deyil ki, sizcə?
- Əvvəla, bunlar heç Əliağa Vahidin davamçıları da deyillər. İkincisi də ki, Əliağa Vahidin davamçısısan deyə boynumda oturacaqsan? Bəyəm efirdə “Çək nəşəni, tüstüsü qoy dağlara yayılsın”, yaxud “Babam nənəmi gündə nanay-nanay” söyləməkdirmi Əliağa Vahidin davamçısı olmaq?
Əiağa Vahidin gözəl qəzəlləri var. Sadəcə sırf poetik, estetik baxımdan o qədər də dəyərləndirmirəm onun yaratdıqlarını.
Misal üçün, “Üzü dönsün görüm o ağuya dönmüş çörəyin. Yaxşı möhtac elədi qəhbəyə, oğraşa bizi”. Bu misralar ictimai motivli olduğu üçün insanlara xoş gəlir, amma estetik baxımdan cəmiyyət arasına çıxarılası deyil.
- Yaxşı, meyxana məsələsini çözdük. Bəs klassiklərimizlə nə alıb-verəcəyiniz var? Füzulini, Nizamini, Nəsimini bəyənməməyinizə səbəb nədir?
- Sizə bir söz deyim. Bir insanın özünü rahat və azad şəkildə ifadə etmək haqqından daha böyük və yüksəkdə duran heç nə yoxdur. Həmin ucalıqdan baxanda klassik dediyimiz şəxslərin hamısı quyunun dibində görünür.
Sevmək daha çox cahilliyin əlamətidir. Çünki sevmək üçün səndən heç bir ağıl, intellekt, dərrakə və düşüncə tələb olunmur. Baxırsan hamı sevir, sən də sevirsən. Amma kimdənsə, yaxud nədənsə ayrılmaq üçün səndən intellekt tələb olunur, gərək düşünəsən, hansısa qənaətə gələsən ki, ayrıla biləsən. Bizim cəmiyyət isə daha çox cahil insanlardan ibarətdir, onlar sadəcə kimisə, yaxud nəyisə sevirlər.
Misal üçün, Azərbaycan xalqı Nəsimini şair kimi yox, dərisi soyulduğuna görə sevir. Xəlil Rza Ulutürkü şair kimi yox, şəhid atası kimi sevirlər. Bəxtiyar Vahabzadəni şair kimi yox, rus generalı Dubinyakın üzünə tüpürdüyünə görə sevirlər. Mikayıl Müşfiqi şair kimi yox, nakam ölümünə görə çox sevirlər. Hüseyn Cavidi şair kimi yox, sürgün edildiyinə görə sevirlər... Bu sevgilərin ədəbiyyata dəxli yoxdur. Əmin olun ki, bu yazarları sevənlərin böyük əksəriyyəti onların heç bir əsərini oxumayıb. Elə bilirlər ki, Mikayıl Müşfiq sovet quruluşuna qarşı mübarizə aparıb, elə bu mübarizənin də qurbanı olub. Müşfiqin sosializmi öyən şeirlərini bu insanların qarşısına qoyanda heyrətə gəlirlər ki, yəni bu Müşfiqdir?
Onu da deyim ki, Müşfiqi oxuyanlar, onun yaradıcılığı ilə tanış olanlar, onu neyçün sevdiyini bilənlər mənim Müşfiq haqda fikirlərimə cahil Müşfiqsevərlər kimi aqressiv reaksiya vermir.
Ümumiyyətlə, mənə görə heç kəsi bütləşdirmək olmaz. Klassik dediklərimizin hamısı mənim kimi adi bir insan olub, mənim kimi yazıb-yaradıblar. Hər birinin zəif əsərləri də, güclü əsərləri də var.
O ki qaldı Nizami ilə Füzuliyə, mənim onlarla bağlı qalmaqal yaradacaq bir fikrim olmayıb. Sadəcə olaraq, bir dəfə Nizaminin fars, yoxsa Azərbaycan şairi olub-olmadığı haqda bir yazı yazmışdım. Həmin yazıda bildirmişdim ki, Nizamini gətir əvvəlcə fars, sonra isə Azərbaycan mədəniyyətinin içinə qoy, gör onun yeri harda daha rahat olar? Əlbəttə, fars mədəniyyətinin içində. Çünki fars mədəniyyəti Azərbaycan mədəniyyəti ilə müqayisədə çox böyükdür, ölçüyə gəlməz qədər böyükdür. Biz özümüzü şişirdib dağ başına qoymaqla deyil ki. Bizim bir Mirzə Cəlilimiz var, Rusiyada isə yüzlərlə Mirzə Cəlil səviyyəsində yazıçısı var.
- Siz niyə bizi İranla, Rusiya ilə müqayisə edirsiniz ki? Səməd Vurğunun “Vaqif” pyesində deyildiyi kimi: “Farsın Xəyyamı var, Firdovsisi var, nə çoxdur onlarda böyük sənətkar. Bizim bu ellərin oğluyam mən də, az-az uydururam yeri gələndə”. Kimin nəyi var, nəyi yox, özləri bilər, biz özümüzün olanı dəyərləndirməyi bacarmalıyıq. Bizim də sizin kimi istedadlı, gənc yazıçımız var, misal üçün.
- Mən Xəlilrza Ulutürk haqqında bir yazı yazmışdım, həmin yazım çox böyük əks-sədaya səbəb olmuşdu və Facebook, eləcə də digər sosial şəbəkə istifadəçiləri profillərinə Xəlilrza Ulutürkün fotolarını yerləşdirmişdi.
Düşünürəm ki, Xəlilrza Ulutürk nə sağlığında, nə də vəfatından sonra heç vaxt bu şəkildə xatırlanmayıb.
- Demək istəyirsiniz ki, antireklam əslində həm də reklamdır?
- Əslində məqsəd bu deyil, amma görürsən ki, məsələnin bu tərəfi də var. Bu gün Xəlilrzadan qat-qat istedadlı olan o qədər cavan və orta yaşlı şairlərimiz var ki.
Mən şairləri sırf bədii-fəlsəfi dünyagörüşünüə görə dəyərləndirilib sevilməyinin tərəfdarıyam.
- Yaxşı, bəs siz hansı şair və yazıçıların dediyiniz o bədii-estetik dünyagörüşünü dəyərləndirib qəbul edirsiniz?
- Bilirsiniz, bizim insanlar Ramiz Rövşəni də sevir, amma heç onu da təyinatı üzrə sevmirlər. Ramiz Rövşəni sevən, dinləyən adam heç kimə yumruq atmaz. Mən insanın düşüncəsindən, təfəkküründən analiz götürə bilirəm. Yəni, özüm üçün aydınlaşdırmağa çalışıram ki, hər hansı konkret bir söz, yaxud fikir söyləyən insan hansı situasiyada özünü necə apara bilər.
Misal üçün, mənə görə, meyxana dinləyən adamın adam öldürmək, cinayətkar olmaq ehtimalı, meyxana həvəskarı olmayan insanla müqayisədə daha böyükdür. Yəni əgər sən öz mənəvi dünyanı, təfəkkürünü, düşüncəni meyxana ilə qidalandırırsansa, sənin davakar biri olmaq ehtimalın kifayət qədər böyükdür.
Nazim Hikməti sevən adam təhlükəsiz adamdır.
- Siz sevirsiniz Nazim Hikməti?
- Əlbəttə. Nazim Hikməti sevən adam heç vaxt çaydanı götürüb kiminsə başına vurmaz. Amma Əliağa Vahidi sevən adamın çaydanla kiminsə qafasını dağıtmaq ehtimalı böyükdür.
Bu səbəbdən deyirəm ki, mənim şairlərlə, yazıçılarla, klassik adlandırdığınız insanlarla bir problemim yoxdur, problem onların yetişdirdiyi təfəkkür sahibləri ilədir.
- Yaxşı, belə isə nədən yazdığınız statuslarda, məqalələrdə, verdiyiniz müsahibələrdə fikrinizi belə aydın şəkildə ifadə edib hərtərəfli izah etmirsiniz? Məncə, belə etsəniz, anlaşılmazlıqlar, qalmaqallar xeyli azalar.
- Deyirəm də, sadəcə məni anlamaq istəmirlər. Çox guman ki, bu müsahibəni də çoxları oxumayacaq. Bir də mənim bir xüsusiyyətim var. Həmişə fikrimin yarısını deyirəm. Yarısını isə məni dinləyənlər üçün saxlayıram. Yəni, fikrin əvvəlini mən söylədim, davamını da siz gətirin. Ancaq bu yolla yekun bir qənaət hasil ola bilər. Axı mən fikrimi bütövlükdə ifadə etsəm, bu heç kəsin diqqətini çəkməyəcək, oxunmaycaq, paylaşılmayacaq, reaksiya doğurmayacaq, elə özüm deyib özüm də eşidəcəyəm. Amma oxu atıb yayı gizlədəndə cəmiyyət çalxalanır.
Misal üçün, təsəvvür edin, mən deyirəm ki, sevmək cahillikdir. Hamı düşünür ki, bu xəstədir, nədir? Amma söylədiyim fikrin izahını verəndə, düşünürlər ki, hə, nə ağıllı fikirdir.
Bu günlərdə Rövşanənin verilişinə qonaq dəvət edilmişdim. Qəsdən dedim ki, mən mədəniyyətsiz adamları daha çox sevirəm. Yəqin hər kəs məni bu fikrimə görə dəli zənn etdi. Sizcə, mən həqiqətən dəliyəm? Əlbəttə, yox. Sözümün canı ondadır ki, bizim mədəniyyət anlayışımızın mahiyyətinə varanda mən həmin mədəniyyətin sahiblərini deyil, mədəniyyətsizləri daha üstün tuturam.
- Sizcə, nədən ibarətdir bizim mədəniyyət anlayışımız?
“Meyxana küçə musiqisidir, onun yeri də elə çayxana və küçədir” - GƏNC YAZAR

(Ardı var)
Söhbətləşdi: Banu OĞUZ