ERMƏNİSTANIN RUSİYANI TERRORDA SUÇLAMASI NƏ İLƏ BİTƏCƏK? –Ruslar Paşinyandan şübhələnməyə başlayıblar - TƏHLİL

15/04/2019 - 23:14 8 278 0   0  

Ermənistanda RF xüsusi xidmətlərinin 20 il qabaq parlamentin atəşə tutulmasında “əli olduğu” haqda məlumat yayaraq eyni zamanda Rusiya TV-nin yayımlarını məhdudlaşdırmağı tələb ediblər. Bununla yanaşı, Paşinyanın özü Rusiyaya münasibətdə dostluq sərgiləyirsə də, “fitnəkarlar”ı yerində oturtmur.

Moskva və İrəvan arasındakı münasibətlərin Ermənistanda “xalq baş naziri” və Qərbyönlü siyasətçi Nikol Paşinyanın başçılıq etdiyi inqilabi hakimiyyət dəyişikliyindən sonra pisləşdiyi artıq şübhə doğurmur. Düzdür, Ermənistanın baş naziri əksini iddia edir və respublikada antirusya “mühərriki” bir müddət boyunca dövriyyəsini bir qədər azaldıb, amma onu “boğulmağa” qoymurlar.

Deməli, Ermənistan KİV-ləri məlumat yayıb ki, ER Xalq Məclisinin (parlament) müdafiə və təhlükəsizlik üzrə daimi komissiyasının bu günlərdə baş tutmuş toplantısında 1999-cu il oktyabrın 27-də respublikanın qanunvericilik qurumunda baş vermiş terror aktı mövzusu qaldırılıb. O zaman baş nazir Vigen Sərkisyan, parlament spikeri Karen Dəmirçyan, spikerin iki müavini, bir nazir və üç deputat terrorçuların qurbanı olublar.

Yığışanlar komissiya sədri Andranik Koçaryandan bu çoxdankı teraktın təhqiqatıyla bağlı işin nə yerdə olduğuyla maraqlanıblar və o, cavab verib ki, “27 oktyabr cinayəti açılıb, sifarişçilər bəllidir. Bunu Rusiya xüsusi xidmətləri edib…”

Düzdür, qalmaqallı məlumat fəal şəkildə tirajlandıqdan bir neçə gün sonra Andranik Koçaryan jurnalsitlərə bildirib ki, buna bənzər nəsə deməyib. O söyləyib – KİV-lər “yalan və cəfəng” məlumat yayıb. Siyasətçi təkziblə bağlı süründürməni “Azatutyun” radiosuna bununla izah edib ki, qabaqca buna “ciddi yanaşmayıb”, – məlumat Azərbaycan KİV-ləri tərəfindən dərc edilənədək. O, bütün bu əhvalatı Ermənistan və Rusiya arasındakı strateji münasibətlərin pisləşməsinə yönəlmiş fitnəkarlıq adlandırıb.

Buna çətinliklə inanırsan. Hətta bəyanat yenə də olubsa, fikir doğur ki, Paşinyanla nəsə razılaşdırılıb, ya da onun sükutlu razılığıyla edilib. Ən yaxşı halda, hakim blokun “rəisi” tərəfindən pislənməyən “özündənqondarma” baş verib. Hər üç variant Ermənistan üçün eyni dərəcədə pis və təhlükəlidir, çünki bu sayaq ittihamlar cavabsız qala bilməz.

Lakin Moskva əvvəllər də çox aldanmayıb: Ermənistanın yeni baş naziri açıqca Qərbyönlü siyasətçi sayılıb və güman etmirəm ki, Rusiya, KTMT baş katibi Yuri Xaçaturovun bu qurumun imicinə zərbə vurmuş həbsiylə bağlı əhvalatı ona bağışlasın. Habelə Ermənistanın keçmiş prezidenti, Moskvanın çox fərqləndirdiyi Robert Koçaryanın həbsini. Ermənistanda Rusiya biznesinə “həmlələri”, RF-nin bacarıqsız acgözlüyə qədərki hərbi imkanları müqabilində – əlbəttə, İrəvana münasibətdə – fəal antirusiya ritorikasını da buna əlavə edək. Ümumiyyətlə, İrəvan Moskva ilə münasibətlərdə uyuşmazı uyuşdurmağa çalışır.

“Ruslar”a həmlələr bununla kifayətlənmir. Yenə də Paşinyanın hakim “Mənim addımım” blokundan Ermənistan siyasətçilərinin tam “xoşbəxtliyi” üçün Ermənistanda Rusiyanın “ziyanvuran” telekanallarının yayımının dayandırılması tələb olunub. Hakim qüvvənin deputatı Narine Tuxikyanın parlamentin elm, təhsil, mədəniyyət, diaspora, gənclik və idman məsələləri üzrə daimi komissiyasının toplantısında dediyi kimi, “Rossiya”, “1 kanal”, “Mir” kimi bəzi telekanallar efirə ermənilərə nifrətə çağıran son dərəcə aqressiv verilişlər buraxır. O, televiziya və radio üzrə Milli Komissiyanın sədri Tiqran Akopyandan soruşub ki, ayrı-ayrı proqramların Ermənistan ərazisinə yayımını məhdudlaşdırmaq və ya tam dayandırmaq olarmı?

Sədr söyləyib: “Mən sizinlə razıyam. Bu, Ermənistanın informasiya təhlükəsizliyi üçün müəyyən təhlükə yaradır”. Amma uzaqgörənliklə qeyd edib ki, belə bir praktikaya görə Gürcüstan və Ukraynada “çox yüksək bədəl ödəmək lazım gəlib”. Və ümumiyyətlə, “bu ölkələrin ödədiyi bədəli ödəməyə hazırıqmı – axı onlar ərazilərinin bir qismindən məhrum olublar?”

Akopyan bu fikrə tərəfdardır ki, Ermənistan “balanslaşmağı bacarmalıdır, çünki indiki vaxtda yetərincə başqa önəmli problemləri var”. O, habelə ümid ifadə edib ki, ölkənin daha əlverişli durumda olduğu vaxt yetişəndə bu ideyanı gerçəkləşdirə bilər. İndi isə belə bir addım “arzuedilməzdir”.

“Novosti – Armenia”nın məlumatına görə, “Mir” dövlətlərarası teleşirkətin Ermənistandakı təmsilçisi Merujan Sərkisyan təşəbbüsçü deputatı sözügedən kanala münasibətdə həmlənin motivlərini izah etməyə çağırıb. “Mən təəssüf edirəm ki, – o deyib, – xanım Tuxikyan bilmir, ya da məlumatı yoxdur ki, “Mir” dövlətlərarası şirkətdir və Ermənistan onun səhmdarıdır”.

Buradaca yada salaq ki, “Rossiya – RTR” telekanalı (“Rossiya 1” dövlət telekanalının MDB ölkələri üçün beynəlxalq versiyası) dövlətlərarası saziş üzrə ER-in bütün ərazisinə yayımlanır. Habelə qeyd edək ki, “terrorçuluq mövzusu”ndan savayı hələ heç kim Rusiya telekanallarının proqramlarının yayımlarının bağlanmasını təkzib etməyib.

Lakin Ermənistana yayımlanan Rusiya telekanallarına münasibətdə “qalmaqallı ifşalar” və həmlələri artıq geniş şərh edirlər. Özəlliklə hərbi ekspert Vladislav Şurıqin “Armiya.az” nəşrinə deyib ki, “Bütün bu addımlar İrəvan üçün çox pis qurtaracaq. Rusiya-Ermənistan münasibətləri bundan sonra da soyuqlaşsa – yeri gəlmişkən, mən buna olduqca sakit yanaşıram, çünki hesab edirəm ki, Ermənistan bizim (Rusiya) üçün qalan hamısından ən mənasız müttəfiqdir – onda bu halda Ermənistan özü geopolitik durumuna çox ciddi şəkildə yenidən baxmalı olacaq. Ən azı, Azərbaycanda işğal etdiyi əraziləri qaytarmalı olacaq”.

Qeyd edək ki, aprelin 15-də Moskvada Ermənistan, Azərbaycan və Rusiya xarici işlər nazirlərinin Qarabağ münaqişəsinin tənzimlənməsi üzrə növbəti görüşü baş tutacaq. Maraqlıdır, əsas problem üzrə danışıqlar ərəfəsində Rusiya xüsusi xidmətlərinin “parlamenti atəşə tutduğu” haqda Ermənistan deputatları və Paşinyanın özü nə düşünürlər (axı Koçaryandan savayı hamı susur)?

İkinci sual: bəs “terrorçular”dan silah almaq – bir də kreditə və demək olar, qəpik-quruşa – “əxlaqdandırmı”?

Maraqlıdır, Ermənistan yaxasını bu dəfə necə qurtaracaq? Daha doğrusu, Rusiya ona işin içindən necə və hansı müddətə çıxmaq imkanı verəcək?

rina Corbenadze

rosbalt.ru