Ermənilər İrəvan-Gümrü dəmir yolunu bağladı- Atışma baş verdi, yaralılar var...-FOTO

15/04/2019 - 21:18 6 277 0   0  
Bu gün səhər saatlarında Ermənistanın  mart ayında etiraz aksiyalarına başlamış Armavir vilayətinin Zartonk kənd əhalisi yerli kənd icra başçısının istefası tələbi ilə kənddən keçən relslər üzərində oturaq aksiya keçirərək İrəvan-Gümrü dəmir yolunu bağlayıblar. 
 
Aksiya zamanı erməni kəndlilər arasında atışma baş verib. Bir sakin ov tüfəngindən atəş açaraq digər iki ermənini yaralayıb. Daha 3 nəfər də müxtəlif zədələr alıb. Polis silah işlədən şəxsi yaxalayıb.  Armavir mərzinin qubernatoru kənd sakinlərini sakitliyə dəvət edib. 
 
Son məlumatlara görə, erməni kəndlilər dəmir yolunu  yalnız deputat David Sanasaryan hadisə yerinə gəldikdən sonra açıblar.  
 
Sultan Laçın