Bakıda I Bütöv Azərbaycan Forumu keçirildi

13/04/2019 - 20:06 6 952 0   0  

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, 13 aprel 2019-cu il saat 12:00-da Beynəlxalq Mətbuat Mərkəzində (BMM) Bütöv Azərbaycan Ocaqlarının (BAO) təşkilatçılığı ilə I Bütöv Azərbaycan Forumu öz işinə başladı. Forumun keçirilməsində əsas məqsəd Azərbaycanın bütövlüyü məsələsini gündəmə gətirmək, Bütöv Azərbaycanın problemlərinə bir müstəvidən yanaşmaq, ümummilli birliyə nail olmaqdlr. Forumda Azərbaycanın Güneyini təmsil edən təşkilatların nümayəndələri, Borçalıdan, Kərkükdən, Dərbənddən, Şimal-Qərbi Azərbaycandan olan fəallar, digər ictimai-siyasi təşkilatların nümayəndələri, ziyalılar, gənclər, KİV mənsubları və b. iştirak edirdilər.

Tədbiri giriş sözü ilə BAO başqanı Zahir Əlisoy açdı. Azərbacan Respublikasının dövlət himni səsləndirildikdən sonra Z.Əlisoy Dərbənd, Qərbi Azərbaycan, Borçalı, Kərkük və Azərbaycanın Güneyi ilə bağlı çıxış edəcək şəxslərin adlarını təqdim etdikdən sonra foruma həsr olunmuş slayd nümayiş etdirildi. Daha sonra söz çıxışçılara verildi.

Qərbi Azərbaycan movzusunda Yasəmən Qaraqoyunlu fikirlərini bildirdi: Orta Doğu və Azərbaycan bölündü, Türk Qacar dövləti devrildi, yerində fars İran dövləti quruldu. İndi tarixi torpaqlarımızı birləşdirib vahid dövlətimizi qurmalıyıq. Batum konfransında İrəvan ermənilərə güzəştə gedildi. Qərbi Azərbaycanlılar XX əsrdə 4 dəfə deportasiyaya uğradıldı. Ermənistan adında monoetnik erməni-xristian dövləti quruldu. Biz dünyaya bəyan etməliyik ki, İndiki Ermənistan Azərbaycan torpaqlarıdır. Oradan çıxarılmış Azərbaycanlılar geri qaytarılmalıdır. Qarabağ  danışıqlarında Qərbi Azərbaycanlılarının məsələsi qoyulmalıdır. Qarabağda ermənilərə hansı status verilirsə, Ermənistanda da Azərbaycanılara həmin status verilməlidir. İndi bizim hücum etmə zamanımızdır. Qarabağın yox, İrəvanın statusu müzakirə olunmalıdır. Hamımıza Bütöv Azəlrbaycan uğrunda mübarizədə uğurlar.

Dərbınd İctimai Birliyinin tımsilçisi Nurulla Əliyev:  Dərbənd İctimai Birliyini təmsil etməyimlə qürur duyuram. Bu qurum 25 il bundan əvvəl yaradılıb. Əsas məqsədi Dağıstan-Azərbaycan münasibətlərinin yaxınlaşdırılması və Dağıstandakı soydaşlarımızın hüquqlarını müdafiə etməkdir. Bu gün Dərbənddə 40 min, Dağıstanda 130 min soydaşımız yaşayır. Müxtəlif  birliklər fəaliyyət  göstərir. Biz təkliflər hazırlamışıq. Dərbəndin tarixini olduğu kimi soydaşlarımıza çatdırmaq üçün Böyük Dərbənd Ensiklopediyası hazırlamışıq. Bu şəhərin 7 min ildən artıq tarixi var. Ensiklopediyanın siqnal variantını bura gətirmişəm. Ana dilimizin təbliği istiqamətində işlər görməyə çalışırıq. Orda Dövlət Dram teatrı da var. Dağıstana keçid məsələsi də vacib məsələdir. Dəmiryol, su yolu və Avtomoboil yolu fəaliyyət göstərməlidir. Təmas qurmaqda bü gün çərinliklər var.

Borçalı türklərinin problemləri ilə bağlı Kamran Ramazanlı çıxış etdi: Bu gün Gürcüstanın 14 rayonunda 500 minə yaxınn Azərbaycanlı yaşayır. Orada əsas problem təhsil problemidir. 1989-da 183 məktəb vardı, bu gün 117 məktəb qalıb. Şagirdlərin sayı da azalıb. Universitetdə Azərbaycan dili və ədəbiyatı kafedrası da bağlanıb. Bu məsələlərlə bağlı Azərbaycanın dövlət strukturlarına müraciətlər etmişik. Bir də, soydaş haqqında qanun qəbul olunmalıdır. Bu qanun  qəbul olunsa Borçalıda da, Dərbənddə də problemlər həll olunar.

Əli Zeynaloğlu (Kərkükdən videoyazı): Sizlərə uğurlar diləyirik. Qəlbimiz sizinlədir. Biz İrakda 3 milyon nüfusa malikik, geniş bir coğrafiyaya sahibik. 1991-də bizim siyasi hərəkatımız başlayıb. 1995-də Türkman cəbhəsinin ilk konfransı keçirildi. 2003-dən sonra başqa xalqların haqları tanınsa da türkmanların haqqı tannmadı. Biz davamızı davam etdirəcəyik. Bizə bütün qünya Azərbaycanlılarının dəstəyi lazımdır. Nə mutlu türkəm deyənə!

Qarabağ problemi ilə bağlı Pənah Hüseyn fikirlərini  Ebölüşdü:lçibəy qeyd etmişdi ki, Qarabağ probleminin həlli istiqamətində fəaliyyət milli azadlıq hərəkatının tərkib hissəsidir. Onun məşhur tezisi var: “Qarabağın yolu Təbrizdən keçir”. Azərbaycanın azadlığı da Qarabağın azadlığından keçir. Azərbaycan bütövləşəndə tək Azərbaycan türkləri yox, vətəni Azərbaycan olan bütün xalqlar birləşir. 30 milyonluq  Azərbaycanlının yaşadığı bir dövlətin Ermənistanla yaxınlıq etməsi utancdır. Biz böyük imperiyalar yaratmış bir millətin övladlarıyıq. Mən inanıram ki, Bütöv Azərbaycan qurulacaqdır.

Tədbirdə Güney məsələsi ilə bağlı GADP başqanı Mahmud Bilgin və AMDT təmsilçisi Məcid Araz danışdı.

Mahmud Bilgin: Bu gün Güney Azərbaycan şovinist fars rejiminin əsiridir. Urmu gölü qəsdən quruduldu, Xuzistanda su daşqını yaradıldı. Bu qəddar, şovinist bir rejimdir. Bu fars-türk davasıdır. Başqa xalqlardan da istifadə edib bzi silmək istəyirlər. Bu rejim özünü qorumaq üçün xaricdə də qanlar tökür. İndi tarixi bir imkan əldə etmişik. Güney Azərbaycan Milli  hərəkatı türkçülüyə, Azərbaycancılığa gəlib və demokratiya üçün calışır. Biz artıq Tehrana, Əraka, Quma sahib olmaq uğrunda bübarizədəyik. Əsas məqsədimiz Güneydəki oyanışı Dərbəndə, digər bölglərə də yaymaqdır. Haradan olmağın fərqi olmamalıdır, hər bir yerdə qüvvələrimizi birləşdirməliyik. Lobbiçilik çox önəmli  bir məsələdir. Xaricdə dövlət strukturlarında yerləşməliyik, siyasi partiyalarda olmalıyiq. Bu yolla çox şeyə nail olarıq.

Məcid Araz: Həqiqətən  Güneydə böyük oyanış gedir. Bu isə İran və Ermənistana böyük təhlükədir. İran rejiminin məqsədi Güney Azərbaycanı Xəzər dənizindən və Türkiyədən ayırmaqdır. Bu siyasətin əsası Rus iperatorluğu tərəfindən qoyulub. 1937-ci ildən başlayaraq Güney Azəbaycanın ərazisi ayrı-ayrı inzibati bölgülərdə ayrıldı. İndi Heyran gdiyini də Ərdəbildən ayırıb Gilana vermək istəyirlər. Kürd əşirətlərini Türkiyə ilə sərhədə yerləşdirdilər. PKK qrupları bu gün İranda fəaliyyət göstərir və İran dövlətindən təstək alır. Ermənilər də İranda rejimdən dəstək alır. Ararat klubunun gənclər qolu bölgələrdə güneyli fəallar haqqında məlumatlar toplayırlar. Yəni Güneydə milli fallara qarşı İran-Ermənistan işbirliyi  var. Sonra, Qərbi  Aazərbaycan bölglərinə PKK yanlıları vali qoyulur. İndi hətta İranda rəsmi səviyydə “Urmiya Ostanı” ifadəsi işlədilir. Bu məsələlər çox thlükəlidir. Bu Forum mədəni  birliyin bir ifadəsi ola bilər.

İsa Qəmbər: BAO-ya həm təşəkkür edirəm, həm də  BAO-nu təbrik edirəm. Bu gün burada konkret problemlər səsləndirildi. Bu çox yaxşıdır. Mən bu gün həm MSDM-i, həm də Müsavat partiyasını təmsil edirəm. Çünki Arif Hacılı bu gün gələ bilməyib. Müsavat partiyası 100 ildir bu yoldadır. Qarabağ məsələsi həm də bütün milləti  birləşdirir. Biz XXI əsrdə yaşayırıq, informasiya, telekommunukasiyalar dövrüdür. Türk dünyasının birləşməsi dünyanı qorxudur və ona görə də bunu istəmirlər. Ona görə də biz, başqaları üçün qorxulu yox, ağıllı olmalıyıq, haqlı olmalıyıq. Bütöv Azərbaycan Təbrizlə Bakının birliyidən keçir. Bizim beyin mərkəzlərimiz olmalıdır, yumşaq gücümüzü ortaya qoymalıyıq. Bu yolda hamımıza uğurlar arzulayıram.

Rəis Rəsulzadə: Bu forumda təşkilati məsələləri həll etməliyik. BAO böyük bir təşkilata çevrilə bilər. Biz elə etməliyik ki, səmərli iş görək. Bunu hansı  vasitələrlə edə bilərik? Ona görə də təşkilatlanmaq, sosial bazanı gücləndirmək vacibdir. Rusiyada Azərbaycan konqresi dağılır, ermənilərinkində isə Putin gəlib iştirak edir.

Fəzail Ağamalı: Biz partiya olaraq  Bütöv Azbaycan ideyasına sadiqik. Bu yolda da həmişə əməkdaşlğa hazırıq. Hesab edirəm ki, Güneylə bağlı BMT ilə aprılan işi davam etdirməliyik. Qarabağ qurulatynın keçirilmsi də əhmiyyətlidir. Dərbənd və Borçalıdan olan gənclərə Ali məktəblərə kvotanın ayrılması məsələsini də biz Milli Məclisdə qaldıracağıq. Bu çox önəmli məsələdir.

Mehriban Vəzir: 2018-ci ildən Türkiyədəki ali məktəblərdə artıq Türk Cümhuriyyətlərindən gelən tələbələrə ödəniş güzəşti ləğv edilib. Amma Suriyadan gələnlər üçün saxlanlır. Bu məsləni də qaldırmaq lazımdır.

Fazıl Mustafa: Bölgələr üzrə çıxışları bəyəndim. Konket məsələlərə toxundular. Bizim istinad nöqtəmiz Azərbaycan Cümhuriyyəti olmalıdır, Qacarlar yox. Qacarlar bəlkə bir məktəb açıblar, elmi təhsili inkişaf etdiriblər? Bu gün beynəlxaq hüquqda tanınan Azərbaycan Respublikasıdır. İşğal olunmuş Qarabağ da onun tərkib hissəsidir. Qarabağı tam hüquqla tələb edə bilərik. Güney Azərbaycanın da nə vaxtsa müstqilliyi və ya muxtariyyəti tanınarsa, onda onun mənafeyi üçün çalışarıq. Realist olmalıyıq.

Mirmamud Mirəlioğlu: BMT-yə müraciətdə bu təşkilatın müzakrə etdiyi birinci məsələnin məhz Azərbaycan məsələsi olduğu qeyd olunmalıdır. BMT bizim üçün heç nə etməyb. İrana mən həmişə “Antiislam Cümhuriyyəti” deyirəm, amma bu gün forum olduğuna görə rəsmi adını deyirəm. Biz İİR-nın beynəlxalq normaların tələblərinə uyğun olaraq şovinist siyasətini dayandırmasını tələb etməliyik.

Əjdər Tağızadə: Bu gün Güneydə İstiqlal mücadiləsi gedir. Millət vəkili durub getdi, Qacarlar məktəb də açıb, konstitusiya da imzalayıb. Əhməd şah demokrat idi. Bu gün artıq Amerika SEPAH-ı terrorçu təşkilat kimi tanıyır. Çünki, artıq özünə də təhlükə görür. Hazırda Güney Azərbaycan milli hərəkatı qızıl dövrünü yaşayır.

İsgəndər Həmidov: O tay və bu tay birləşəcək, bu mütləq olacaq. Türkçülük Güneydə qələbə qazanacaq. Orda soydaşlarımız ğz işlərini yaxşı bilirlər. Arzu edirəm ki, bir vaxt çəxsiyyət vəsiqələrinə yazılsın ki, “Doğulduğu yer  Azərbaycan Respublikasının Təbriz şəhəri, İsfahan şəhəri…”. Təbriz uğrunda həlak olan insan ən xoşbəxt insandır.

Sülhəddin Əkbər: Bu tədbirin formatı forumdursa və davamlı olacaqsa, müxtəlif sahələr üzrə mütəxəssislər cəlb olunmalıdır. Müzakirələr getməlidir və ortaq siyasi dil tapmalıyıq. Düşüncədə və davranışda da birlik tapmalıyıq. Birinci demokratikləşmə olmalıdır. Biz öz böyük dövlətimzi bərpa etməliyik. Fazil bəy getdi, biz böyük keçmişimizdən əl çəkə bilmərik, böyük güc olmalıyıq. İran bizim qurduğumuz dovlətdir, onu geri qayarmalıyıq.

Tədbirdə həmçinin Ramiz İbayev, Bədrəddin Quliyev, Valeh Mirzəyev, Rizvan Talıbov, Taleh Əliyev və b. Forumun movzusu ilə bağlı oz fikirlərini bölüşdülər.

Tədbirin sonunda bir sıra  sənədlər qəbul olundu.