“İran və Gürcüstanla sərhədimiz istənilən vaxt qapana bilər...” - PAŞİNYAN BUNU HANSI DİPLOMATA DEYİB?

01/11/2018 - 19:54 23 710 0   0  

Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyan bildirib ki, regiondakı geosiyasi vəziyyət üzündən ölkənin İran və Gürcüstanla sərhədləri istənilən vaxt bağlana bilər.

Paşinyan bu haqda parlamentdəki müzakirələr zamanı deyib.

N.Paşinyan danışıb ki, bu yaxınlarda "çox təcrübəli diplomatla” görüşüb və Ermənistanın içərisində olduğu situasiyanı ətraflı təsvir edib. Göstərib ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır, qalan iki ölkə ilə sərhədi isə belə demək olarsa, yarı açıqdır.

"Məsələn, Ermənistan-İran sərhədi İranla ABŞ-ın münasibətlərinə, habelə mürəkkəb geosiyasi vəziyyətə görə de-fakto bağlana bilər. Gürcüstanla sərhəd də pis hava şəraitinə və ya geosiyasi vəziyyətə görə bağlanar. Yəni belə alınır ki, Ermənistan dənizsiz adadır, o zaman biz nə edək?”-Paşinyan belə deyib.

O, əlavə edib ki, diplomatın gətirdiyi arqumentləri tərksilah edib. Lakin Paşinyan nə söhbətləşdiyi diplomatın adını, nə görüşün məqsədini açıqlamayıb.