"Gürcüstan ABŞ-dan silah almağa davam edəcək" – Levan İzoriya

01/11/2018 - 19:08 17 533 0   0  

"Gürcüstan ABŞ-dan silah və hərbi texnika almaqda davam edəcək".

Suveren.az TASS-a istinadən bildirir ki, bunu Batumi şəhərində keçirilən Müdafiə və Təhlükəsizliyə dair Beynəlxalq Konfransda Gürcüstanın müdafiə naziri Levan İzoriya deyib.

“Gürcüstana “Javelin” tankvuran silahlarının verilməsi çox əlamətdar hadisədir. Cənab Mattis (ABŞ müdafiə naziri – red.) şəxsi söhbətimiz zamanı bildirdi ki, belə qərarlar yalnız xüsusi etimad göstərilən ölkələrə dair verilir. Biz bunu əsas tutaraq ABŞ-dan başqa növ silahları almağa davam edəcəyik”, - o vurğulayıb.

Onun sözlərinə görə, "Gürcüstan, öz növbəsində, hər şeyi edəcək ki, bu sistemlərin təhlükəsizliyi qorunsun".