AKP İstanbuldakı seçki nəticələrinə etiraz edir

02/04/2019 - 14:38 14 095 0   0  

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyası (AKP) martın 31-də keçirilən bələdiyyə seçkilərinin nəticələri ilə razılaşmır.

Sputnik yazır ki, AKP İstanbulun bütün rayonlarında (39 rayonda) seçkilərin nəticələrinə etiraz edəcəklərini açıqlayıb. Ali Seçki Komissiyası bu gün saat 15:00-dan sonra seçkinin nəticələri ilə bağlı etirazların qəbul edilməyəcəyini bəyan edib. Hakim partiya bu bəyanatdan sonra nəticələrə etiraz qərarını açıqlayıb.

Nə baş verib: Millət İttifaqından (CHP və İyi Partiya) olan namizəd Əkrəm İmamoğlu səslərin 48,79 faizini (4 milyon 169 min 987) qazanaraq İstanbul bələdiyyəsinin rəhbəri seçilib. AKP isə səslərin hesablanmasında qanun pozuntularına yol verildiyini iddia edir.