Onunla tanışlığımızın 27 illik tarixi var. 1992-ci ildə ali təhsil almaq üçün Ankaraya gedəndə bizdən əvvəl oxumaq üçün Türkiyəyə gəlmiş azərbaycanlı tələbələrin dilində ancaq bir ad vardı: “Yaşar bəy”.
Çox keçmədən adı tələbələrimizin dilindən düşməyən İsa Yaşar Tezəllə tanış olduq. İndi Azərbaycanın tanınmış iqtisadçılarından biri olan Nəsimi Hüseynov onu bizə belə təqdim etdi: “Yaşar bəy əslən Azərbaycan türküdür. İğdırda doğulub. İxtisasca jurnalistdir. Artıq bir neçə ildir ki, Azərbaycan Kültür Dərnəyinin İdarə Heyətinin üzvüdür. Nə probleminiz olsa, ona deyə bilərsiniz. Yaşar bəy Ankarada təhsil alan azərbaycanlı tələbələrin abisidir”.
Həmin vaxt Yaşar bəyin 36 yaşı vardı. Buna görə məni daha çox bir sual düşündürürdü: insan bu gənc yaşında necə bu qədər hörmət qazana bilib? Axı, onu təkcə Türkiyədə təhsil alan azərbaycanlı tələbələr sevmirdilər. Yaşar bəy həm də Türkiyədə fəaliyyət göstərən Azərbaycan icmasının ən hörmətli simalarından biri idi. Uzun illər böyük öndər Məhəmməd Əmin Rəsulzadə ilə çiyin-çiyinə mübarizə aparmış Məhəmməd Kəngərli, Cəmil Ünal, Əhməd Qaraca kimi məşhur simalar onu sevir, onun rəyinə xüsusi dəyər verirdilər. İsa Yaşar Tezəl bəyin Türkiyədə böyük nüfuz sahibi olmasının səbəbini çox keçmədən öyrənə bildik. Məlum oldu ki, Yaşar bəy əxlaqlı ziyalı, həqiqi vətənpərvər, dürüst türk aydını olduğu üçün insanlar onu sevir, hörmət edirlər. Zaman keçdikcə daha çox əmin olmağa başladıq ki, bizim Yaşar bəy böyük türk millətçisi, Azərbaycan sevdalısıdır.
Yeri gəldiyi üçün bir məqamı da qeyd etmək istəyirəm. İsa Yaşar Tezəl bəy Türkiyənin siyasi tarixində mühüm yer tutan Milliyyətçi Hərəkat Partiyasının (MHP) fəallarından biridir. O, gənclik illərini mərhum Alparslan Türkeşin yanında keçirib, ondan siyasi tərbiyə alıb. Vətənə məhəbbəti, dosta sədaqəti, əqidəyə bağlılığı Alparslan Türkeşdən öyrəndiyi üçün tanıyanların hamısı onu bütöv şəxsiyyət sahibi kimi xarakterizə edirlər.
Hazırda Yaşar bəy siyasi karyerasının ən mühüm dövrlərindən birini yaşayır. MHP 2015-ci ildə onu İğdırdan deputatlığa namizəd göstərmişdi. O vaxt İğdırda yarışan türk əsilli namizədlər öz aralarında anlaşa bilmədikləri üçün Yaşar bəy cüzi fərqlə məğlub olmuşdu. Amma mən onu qalib sayırdım. Çünki bizim Yaşar bəy siyasi səbəblər üzündən səsini ala bilmədyi adamların belə sevgisini qazana bilmişdi…
İsa Yaşar Tezəl bəy yenə namizəd oldu. Üzvü olduğu partiya onu bu dəfə İğdır bələdiyyə başqanlığına namizəd göstərdi. Amma Yaşar bəy bu dəfə təkcə MHP-nin namizədi deyildi. Rəcəb Tayyib Ərdoğanla Dövlət Bahçelinin birgə yaratdığı “Cümhur İttifaqı” İsa Yaşar Tezəlin namizədliyini dəstəklədi. Bu isə onun qələbə şansını daha da artırdı.
İsa Yaşar bəyin seçki kampaniyasını sosial şəbəkələr vasitəsilə yaxından izləyirdim. Onun getmədiyi kənd, döymədiyi qapı qalmayıb. Yaşar bəy seçki marafonundan qalib ayrılmaq üçün gecə-gündüz çalışırdı. Namizəd olduğu vilayətin elə bir qəsəbəsi, elə bir kəndi yoxdur ki, Yaşar bəy oranı qarış-qarış gəzib, seçicilərə öz platformasını anlatmasın. Əhali onu bələdiyyə başqanlığına namizəd deyil, bələdiyyə başqanı kimi qarşılayırdı.
Və səhv də etmirdilər…
Mən şübhə etdmirdim ki, seçicilər onu bu dəfə Azərbaycan xalqının mənəvi təmsilçisinə çevirəcəklər. Belə də oldu.
İğdır həm Türkiyə, həm də Azərbaycan üçün strateji baxımdan xüsusi əhəmiyyət kəsb edən bir şəhərdir. İsa Yaşar Tezəl bəyin İğdırın bələdiyyə başqanı seçilməsi ölkələrimiz arasında əlaqələrin inkişafına böyük töhfə verəcək.
İğdırda bələdiyyə başqanlığını azərbaycanlı qazandı

Təbrik edirik İsa Yaşar bəy! İğdır Sizə əmanət!!!
Seymur Verdizadə
Bölmənin xəbərləri