Azərbaycan ərazisindən Ermənistana elektrik enerjisi ötürülməsinə başlandı?..

27/03/2019 - 12:27 11 677 0   0  

“2018-ci ildə “Artsax” elektrik enerjisi ixracatına başlamışdır”.

Bu iddia ilə işğal altındakı torpaqlarımızda qondarılmış separatçı-terrorçu rejimin “dövlət naziri” adlanan Qriqori Martirosyan ad-soyadlı adamabənzər məxluq Ermənistanın Aysor.am saytına müsahibəsində çıxış edib. ““Respublika” "hökuməti" 2018-ci ili yüksək iqtisadi göstəricilərlə başa vurub - iqtisadi artım 11,9 faiz təşkil edib. İqtisadi artım müxtəlif sahələrdə, xüsusilə də dağ-mədən sənayesində, enerji və tikinti sahəsindəki inkişaf nəticəsində əldə edilib. Ayrıca sənaye sahəsində 30% artım qeydə alınıb”- Q.Martirosyan belə deyib. Separatçı erməni məmur elektrik enerjisi istehsalındakı uğurları xüsusilə vurğulayıb. “2018-ci ildə “Artsax” elektrik enerjisi ixracatına başlamışdır. Biz artıq ilk dəfə elektrik enerjisi ixrac edən bir “ölkə” hesab edilə bilərik. Yəni, biz özümüzə lazım olduğundan daha çox elektrik istehsal etmişik və həmin fərq Ermənistanın enerji sisteminə ötürülüb ", - Azərbaycan şəhərindəki kabinetində müsahibə verən erməni belə deyib. P.S. Burda təəccüblü heç nə yoxdu?..

Sultan Laçın