Əbu-Dabidə Azərbaycan zəfəri –25 medal

24/03/2019 - 21:30 19 610 0   0  

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən Xüsusi Yay Olimpiya oyunları başa çatib.

Azərbaycan Xüsusi Olimpiya Komitəsinin vitse-prezidenti, millət vəkili Fazil Mustafanın Strateq.az-a verdiyi məlumata görə, idmançılarımız böyük uğura imza ataraq 6 qızıl, 10 gümüş və 9 bürünc (cəmi 25) medal qazanıblar.

Qonşu Gürcüstan idmançıları 2 qızıl, 2 gümüş, 2 bürünc medal, düşmən ölkə Ermənistan isə 2 qızıl və 1 bürünc medal qazanıblar.

Növbəti Xüsusi Yay Olimpiya oyunları 2023-cü ildə Almaniyanın paytaxtı Berlində keçiriləcək.