Azərbaycan büdcəsini kürdlərə xərcləyib Türkmənlərə yardıma mane olan valiyə etiraz – Video

24/03/2019 - 21:11 16 498 0   0  

GADTB-nin Mətbuat Mərkəzinə daxil olan məlumata görə, Güney Azərbaycanda Azərbaycanın büdcəsini kürdlərə xərcləyən kürd vali Məhəmməd Mehdi Şəhriyarının ölümlə üz-üzə qalan türkmənlərə xalq yardımının göndərilməsinə icazə vermədiyi üçün etirazlarla qarşılaşıb.

Antitürk və Antiazərbaycan kürd valinin göstərişi ilə Qərbi Azərbaycanın Qızıl Aypara Cəmiyyəti toplanmış yardımın Güney Türkmənistana göndərilməsinə mane olub.

Qeyd edək ki, rejimin Azərbaycanı Kürdüstanlaşdırmaq məqsədilə Qərbi Azərbaycana vali təyin etdiyi antitürk kürd vali Məhəmməd Mehdi Şəhriyarı Azərbaycanın büdcəsini kürdlərə xərcləmiş, o cümlədən Kermanşahda kürdlərə yüzlərlə evlər tikdirmişdir.