Bakı metrosunda xoşagəlməz hadisə

01/11/2018 - 00:28 8 758 0   0  

Bakı Metropolitenində tez-tez xoşagəlməz hadisələr yaşanır.

Bu hadisələrdə içkili şəxslərin “rolu” da az deyil.

Bəzən həddindən artıq spirtli içki qəbul edən şəxslər platformaya daxil olaraq, sərnişinlərin rahatlığını pozurlar.

İçkili şəxs sərnişinlərin əyləşməsi üçün nəzərdə tutulan yerdə yataraq xoşagəlməz mənzərənin yaranmasına səbəb olub.

Həddindən artıq spirtli içki qəbul edən şəxsin platformaya necə daxil olduğu isə sual olaraq qalır.

Nəzərə almaq lazımdır ki, onlar sərnişinlərin rahatlığını pozmaqla yanaşı, həm də öz həyatlarını təhlükəyə atırlar. İçkili şəxs ani müvazinətini itirməsi nəticəsində qatar yoluna yıxıla bilər ki, bunun da nəticəsinin ağır olacağı heç kimdə şübhə doğurmur.