Goranboy bazarında işləyən ticarətçilərin icra hakimi Nizaməddin Quliyevin yarıtmaz idarəçiliyi, özbaşınalığı, haqsız əməllərinə etiraz olaraq səslərini qaldırıblar.
Bu barədə sosial şəbəkələrdə video yayılıb və bazarda min bir əziyyətlə çörək pulu qazanan insanlar N.Quliyevin zülmündən, istibdadından cana doyduqlarını qeyd edirlər.
Prezident xalqa sevinc yaşadır, problemi krediti həll olan kimi, məhbusu azadlığa qovuşan kim, müavinəti, pensiyası qalxan kim, işsizlik problemi həll olan kim, belə məqamda isə Goranboyun heç vaxt yaxşı işləri ilə ad çıxarmamış icra başçısı Nizaməddin Quliyev camaata işgəncə verir, incidir, işləməyə imkan vermir.
Video kadrlardan da görünür ki, ticarətçilər bezdiklərini, məmur özbaşınalığının qurbanı olduqlarını, işləməyin mümkünsüz olduğunu bildirirlər. Axı bu məmurlara kim nəsihət verir, kim onlara bu ağılı qoyur?
Doğurdanmı, N.Quliyev Azərbaycanda hansı proseslərin getdiyinin fərqində deyil? Həqiqətən də Goranboyun icra başçısı hadisələri təhlil etmir? Belə görünür ki, köhnə sistem adamı kimi, tipik bürokrat məmur simasında işinə davam edəcəyini düşünür. Amma o qədər yanılır və səhv edir ki…
Video kadrlarda eşidilir ki, şikayətçilər Goranboya erməni lazım olmadığını deyirlər, çünki icra başçısı bura kifayət edir. Belə ki, N.Quliyev özünə bazar tikdirib, əlaltılarını da göndəribki, bazarda işləyənlər köhnə məkasnı tərk eləsinlər.
Video görüntülərdən aydın olur ki, şikayətçilər Goranboy İH-nin qarşısına toplaşıblar, üsyan səsini ucaldıblar: “Belə katib olmaz, camaatla maraqlanmır.
Görmür ki, millət nə gündədi, nə cür işləyir. Əgər işləmək qabiliyyəti yoxdursa,vəzifəsindən getsin. Bu işi yalandan rəisin üstünə yıxır, polisin günahı yoxdur. Gəl camaatla maraqlan, qaçıb gizlənmə”.
Amma rayon icra başçısı İH-nin binası önünə toplaşan narazıları qarşılamır, çıxıb şikayətlərini dinləmir. Sanki bu adamlar cinayətkardırlar yaxud da belə də olmalıdır.
Halbuki, N.Quliyev İH-nin önünə çıxmalı, şikayətçiləri qəbul şöbəsinə aparmalı, bir-bir dinləməli, vətəndaşların problemini həll etməliydi.
Amma Quba, İsmayıllı yolu gedən N.Quliyev onları saymır, insanları intihar həddinə çatdırır, vətəndaşdan, dövlətdən narazı salır.
O, anlamır ki, sakinlər nəticədə prezidentdən, dövlətdən narazı qalırlar. Bununla da ölkə başçısının islahatlarına, gördüyü işlərə kölgə salır, özünə bazar tikdirib deyə camaatı çörəyindən edir, ayağa qaldırır. Bu gedişat göstərir ki, N.Quliyev özünə “quyu qazır”.
Yeri gəlmişkən, N.Quliyev sabiq nazir Ziya Məmmədovun kadrlarından biridir və onun vəzifəsini itirməyən tək-tük komanda üzvlərindən sayılır.
Amma bu gedişlə Goranboya yeni icra başçısı təyin olunacaq. Çünki təkcə bazarda işləyənlərin aksiyası yox, başqa şikayətlər də var.
Məsələn, bu günlərdə Goranboydan fermeri Eldar Həsənovdemişdi ki, qış otlaq sahəsinin Korçay massivinin 1355 hektar ərazisi onun icarəsində olub:
“Təəssüfki, Nizaməddin Quliyev mənimlə rəqabət aparmağa başlayıb. Deyir ki, yaxın adamıYalçın Qarayevə mənim icarəmdə olan otlaq sahəsini verib. Bu məqsədlə Yalçın İmanovdan xeyli məbləğdə şirinlik də alınıb”.
Goranboyda məskunlaşmış bir qrup məcburi köçkün isə deyir ki, istifadələrində olan torpaq sahələrinin üzərində həm kəndarası arx, həm də 2 ədəd su artezian quyusu olmasına baxmayaraq, sabiq su artezian idarəsinin rəisi, Xoylu kənd sakini Akif İbrahimov köçkünlərlə ədavət apararaq onları su ilə imtahana çəkir.
Köçkünlər dəfələrlə icra başçısı Nizaməddin Quliyevə, eləcə də aidiyyatı dövlət qurumlarına çoxsaylı müraciətlər etsələr də problem bu günədək həllini tapmır.
Hər dəfə icra başçısı deyir ki, mənim “Akif İbrahimova gücüm çatmır. Çünki sözügedən şəxs Melorasiya və Su Təsərrüfatı ASC-nin sədri Əhməd Əhmədzadənin dostudur. Goranboy İHB-nın bu cür iradəsizlik nümayiş etdirməsi heç cür anlaşılan deyil.
Necə yəni minlərlə hektar torpaq sahələrini qamarlayan, dövlətə məxsus 8 ədəd artezian nasos qurğularını özünüküləşdirən oliqarx kəndxudaya doğrudanmı prezidentin yerdəki nümayəındəsinin gücü çatmır? Belədə, sözün qısası, prezident Goranboya da bir nəzər salmalıdır…
Goranboyun başçısı rayon əhalisinə zülm yaşadır – Video

Mənbə Reportyor.info
Bölmənin xəbərləri