Parisdə etirazçının əlində bomba partladı

09/02/2019 - 23:59 25 594 0   1  

Parisdə “sarı jiletlər” etiraz aksiyasının iştirakçılarından birinin əlində qumbara partlayıb.

Bu barədə “Sputik Fransa” məlumat yayıb.

Hadisə Milli Şuranın binasının yaxınlığında etirazçılarla güc strukturlarının əməkdaşları arasında baş verən toqquşma zamanı qeydə alınıb.

Etirazçı, adətən polisin istifadə etdiyi, GLI-F4 qumbarasının partlaması nəticəsində xəsarət alıb.
“RT France” nəşrinin məlumatına əsasən, xəsarət alan şəxs xəstəxanaya yerləşdirilib. Qeyd edilir ki, partlayış nəticəsində onun əli parçalanıb.

Hadisə şahidlərindən birinin sözlərinə görə, xəsarət alan şəxs “sarı jiletlər” aksiyasında iştirak edən fotoqrafdır.

Bildirilir ki, etirazçı qumbaranın yerdən götürüb. Polis qumbaranı etirazçıları dağıtmaq üçün istifadə edirdi, manifestantlar isə onları yerdən götürüb Milli Şuranın binasının hasarından kənara atırdılar.

Bugünkü yürüş “sarı jiletlər”in noyabrın 17dən keçirdikləri 13-cü aksiya idi. Aksiya zamanı etirazçılarla hüquq-mühafizə orqanlarının əməkdaşları arasında toqquşma baş verib, sonuncular gözyaşardıcı qazan istifadə ediblər. Toqquşmalardan sonra etirazçılar Senatın binasına istiqamətləniblər.