Sarkisyanın tərəfdarları Rusiya səfiri ilə görüşüblər

06/02/2019 - 21:06 11 806 0   0  

Sabiq iqtidar partiyası olan Ermənistan Respublikaçılar Partiyasının (ERP) nümayəndələri Rusiyanın bu ölkədəki səfiri Sergey Kopırkinlə görüşüblər. Suveren.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, bu barədə ERP-in mətbuat xidmətindən bildirilib.

Keçmiş müdafiə naziri, ERP sədrinin birinci müavini Vigen Sarkisyan, partiya sədrinin müavini Muşeq Lalayan, ERP-in mətbuat katibi Eduard Şarmazanov, İcra orqanının üzvü Vaqram Baqdasaryan və partiya şurasının üzvü Artak Zeynalyan səfirlə Ermənistan-Rusiya müttəfiqlik münasibətlərinin inkişafı məsələsini müzakirə ediblər.

Görüş çərçivəsində tərəflər bu cür görüşlərin mütəmadi olaraq təşkil olunmasının vacibliyini qeyd ediblər.