Yunanıstanın baş naziri Aİ-ni Türkiyəyə dəstək verməyə çağırdı

04/02/2019 - 22:31 13 993 0   0  

Yunanıstan baş naziri Aleksis Tsipras Avropa İttifaqını Türkiyəyə dəstək verməyə çağırıb.

Suveren.az xəbər verir ki, baş nazir “Anadolu” agentliyinə müsahibəsində bildirib ki, Türkiyə dörd milyon qaçqın qəbul edib və dünya birliyi bu faktı nəzərə almalıdır: “Avropa İttifaqı öz qonşusuna kömək etməlidir”.

Tsipras Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla münasibətlərinin hörmət, səmimiyyət və dürüstlüyə əsaslandığını bildirib.

Tsipras xatırladıb ki, Yunanıstana ilk səfər etmiş Türkiyə rəhbəri məhz Ərdoğan olub.