XİN başçısı parlamentə çağırılıb

04/02/2019 - 22:13 17 353 0   0  

Ermənistanın xarici işlər naziri Zöhrab Mnatsakanyan Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsindəki münaqişənin tənzimlənməsi ilə bağlı fikir mübadiləsi aparılması üçün parlamentə dəvət olunub.

Ermənistan KİV-ləri xəbər verirlər ki, bu barədə “İşıqlı Ermənistan” fraksiyasının başçısı Edmon Marukyan “Facebook” səhifəsində yazıb.

O bildirib ki, Z.Mnatsakanyan fraksiya üzvləri ilə görüşə dəvət edilib.