Roma Papası BƏƏ-yə səfər edib

04/02/2019 - 21:42 9 853 0   0  

Fevralın 4-də Əbu-Dabidə tarixdə ilk dəfə Ərəbistan yarımadasında səfərdə olan Roma katolik kilsəsinin başçısı Papa Fransisk Əbu-Dabinin Vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyan, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vitse-prezidenti və Baş naziri, Dubay əmiri Şeyx Məhəmməd bin Rəşid Əl Məktum və digər rəsmi şəxslərlə görüş keçirib.

Görüşdə BƏƏ liderləri Roma Papasının səfərinin dialoq və insanların qardaşlığı kimi dəyərlərin möhkəmlənməsi, xalqların dinc yanaşı yaşaması və bir-birinə hörmət etməsi baxımından əhəmiyyətli olduğunu vurğulayıblar.

Roma Papası böyük Şeyx Zayed məscidini də ziyarət edib, burada Əl-Əzhar İslam Universitetinin baş imamı şeyx Əhməd Al Tayiblə görüşüb. (AzərTAc)