Mövcud heyvanların 60%-ni insanlar məhv edib

30/10/2018 - 21:36 21 739 0   0  

Ümumdünya Vəhşi Təbiət Fondunun (WWF) “Living Planet Index” adlı məruzəsində bildirilir ki. 1970-ci ildən 2014-cü ilədək insan mövcud məməlilərin, quşların və sürünənlərin 60%-ni məhv edib.

Suveren.az “Guardian” nəşrinə istinadən xəbər verir ki, heyvanlar daha çox Cənubi və Mərkəzi Amerikada qırılır – burada sözügedən heyvanların 89%-i məhv edilib.

Heyvanların insanlar tərəfindən tələbatın artması, kənd təsərrüfatının inkişafı səbəbindən qırıldığı qeyd olunur. Belə ki, təbiətin bərpa tempi insanların heyvanları məhvetmə tempindən qat-qat aşağıdır. Davam edən proses isə milyard illər ərzində qurulmuş qida zəncirinin pozulmasına və heyvanların məhvinə gətirib çıxarır.

Hesabat tərtib edilərkən alimlər dünya üzrə onurğalıların 4005 növünün 16704 populyasiyasını müşahidə ediblər. Tədqiqatda 59 alim iştirak edib.