“Onlar burada doğurlar və…” – Trampdan ŞOK SÖZLƏR

30/10/2018 - 19:19 11 518 0   0  

ABŞ prezidenti Donald Tramp qeyri-leqal miqrantların ABŞ ərazisində doğulan uşaqlarına vətəndaşlığın verilməsini ləğv etmək niyyətindədir.

Suveren.az xəbər verir ki, bu haqda “Axios” nəşri bildirib.

“Biz dünyada tək ölkəyik ki, insanlar gəlir, uşaq doğur və bu uşaq bütün üstünlüklərlə Birləşmiş Ştatların vətəndaşı olur. Bu, mənasızdır, buna son qoymaq lazımdır”, - nəşr prezidentin sözlərini sitat gətirib.

Xatırladaq ki, ABŞ administrasiyası sentyabrda “yaşıl kart”ın verilməsi qaydalarının sərtləşdirilməsi üzrə təşəbbüs hazırlayıb.

Həmçinin, Tramp avqustda ABŞ-ın miqrasiya qanunvericiliyini dünyada “ən axmaq” adlandırıb. Onun fikrincə, qeyri-leqal miqrantları çoxillik hüquqi təhqiqatlarından sonra deyil, təcili göndərmək lazımdır.