XİN-in "qara siyahısı"na düşən Ukrayna vətəndaşı xalqdan üzr istədi

30/01/2019 - 19:25 14 566 0   0  

Ukrayna vətəndaşı Konstantin Andriyuk Xarici İşlər Nazirliyinə məktubla müraciət edərək adının “Azərbaycan Respublikasının işğal edilmiş ərazilərinə qanunsuz səfər etmiş əcnəbilərin siyahısı”ndan çıxarılmasını xahiş edib.

Bu barədə Xarici İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikasının beynəlxalq tanınmış sərhədləri çərçivəsində suverenliyi və ərazi bütövlüyünə hörmət etdiyini bildirən K.Andriyuk gələcəkdə Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz səfərlərdən çəkinəcəyini vurğulayıb.

O eyni zamanda gələcəkdə ölkəmizə səfər etməsi üçün icazə verilməsini xahiş edib. K.Andriyukun müraciəti müvafiq qaydada nəzərdən keçirilib və adının arzuolunmaz şəxslər siyahısından çıxarılmasına dair qərar qəbul edilib.