Venesuelaya hərbi müdaxilə masa üzərindədir - Trampdan ŞOK SÖZLƏR

25/01/2019 - 11:51 11 803 0   0  

ABŞ prezidenti Donald Tramp Venesuelada davam edən uzunmüddətli böhrana son qoymaq üçün bu ölkəyə hərbi müdaxilə variantının da masa üzərində olduğunu bildirib.

Azvision.az “Reuters”ə istinadən xəbər verir ki, Venesuela parlamentinin (Milli Assambleya) sədri və müxalifət lideri Xuan Quaydo qanunsuz şəkildə özünü ölkənin prezidenti elan etdikdən sonra onun müvəqqəti hakimiyyətini tanıyan Tramp, jurnalistlərin “Venesuelaya hərbi güc tətbiqi də nəzərdən keçirilirmi?” sualına cavabında belə deyib. 
“Biz nəyisə nəzərdən keçirmirik. Amma bütün variantlar masa üzərindədir” – Tramp vurğulayıb. 
ABŞ dövlət katibi Mayk Pompeo isə bildirib ki, Venesueladakı siyasi böhran fonunda ABŞ bu ölkədəki vətəndaşlarının təhlükəsizliyini təmin etmək üçün zəruri olan istənilən tədbirə əl atacaq. Onun sözlərinə görə, Venesueladakı vəziyyətlə əlaqədar ABŞ-da atılacaq addımların kooordinasiyası ilə məşğul olan və gün boyu işləyən əməliyyat mərkəzi fəaliyyət göstərir.