2 milyarda yaxın uşaq təhlükədədir - SOS

29/10/2018 - 22:39 14 608 0   0  

Çirkli hava səbəbindən dünyada 2 milyarda yaxın 15 yaşınadək uşağın səhhəti təhlükədədir.

Suveren.az “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında qeyd olunub.

“Hər gün 15 yaşına qədər uşaqların, təqribən, 93 faizi, yəni 1,8 milyardı çirkli havanı tənəffüs edir ki, bununla da öz səhhətini və gələcək inkişafını təhlükə qarşısında qoyur. Onların çoxu fəciəvi şəkildə dünyasını dəyişir. Belə ki, ÜST-nin məlumatına görə, 2016-cı ildə çirkli havanın əmələ gətirdiyi kəskin respirator xəstəliklərindən dünyada 600 minədək uşaq ölüb”, - məlumatda qeyd olunub.

Bildirilir ki, Afrika, Cənub-Şərqi Asiya, Aralıq hövzəsinin şərqi və Sakit okeanın qərb bölgəsindəki adambaşına orta və az gəlirə malik ölkələrdə yaşayan uşaqlar daha təhlükəli vəziyyətdədir.