"Xaricdə təhsil" adı altında dələduzluq - "Elite Academy" 60-a yaxın abituriyentin pulunu mənimsəyib - VİDEO

29/10/2018 - 22:08 8 101 0   0  

Türkiyədə təhsil almaq istəyən bir qrup tələbə dələduzluğun qurbanı olub.

Bakıda fəaliyyət göstərən "Elite Academy" təhsil şirkəti 60-a yaxın abituriyentə Türkiyə universitetlərində təhsil almaq vəd edib.

İlkin olaraq hər bir tələbə üçün 500 manatdan başlayaraq fərqli məbləğlərdə pul alan şirkət sonradan bura nəqliyyat və qarşılama xərclərini də əlavə edib. Tələbə adını qazanmaq üçün Türkiyəyə gedənlər isə orda xoşagəlməz sürprizlə qarşılaşıblar.

Zərəçəkənlərin arasında Dövlət İmtahan Mərkəzinin keçirdiyi imtahanlarda 600-ə yaxın bal toplayanlar da var. İndi onlar da digər abituriyentlər kimi tələbə adını qazana bilməyiblər.

Özünü "Elit Academy" şirkətinin 5 ölkədəki direktoru kimi təqdim edən Rüstəm adlı şəxs isə bildirdi ki, həmin şikayətçilərin çox az hissəsinin şirkətlə müqaviləsi var.

Zərərçəkənlər isə bildirirlər ki, şirkət sonradan valideynləri çağıraraq aralarında olan müqavilələri qəbul sənədi almaq adı ilə geri istəyib. Buna inanan bəzi vətəndaşlar müqavilələrini şirkətə geri veriblər. Hazırda isə çox az sayda vətəndaşda müqavilə sənədi qalıb.

Zərəçəkənlər onlara dəyən maddi və mənəvi ziyanı tələb edirlər. Yarımçıq qalan suallara cavab almaq üçün şirkət rəhbəri ilə yenidən əlaqə saxlamaq istəsək də, bu, nəticəsiz qaldı.

Şirkət isə hazırda fəaliyyətini davam etdirir. Hər gün insanlar xaricdə təhsil üçün bura müraciət edirlər.  \\xezerxeber.az