Ermənilər İstanbulda yeni telekanal açır

22/01/2019 - 22:14 18 664 0   2  

Ermənilər İstanbulda yeni "Luys"adlı telekanal açırlar.

Türkiyədə telekanalın açılmasına rəsmi icazə verilib.

Bildirilir ki, "Luys" işıq deməkdir. Telekanalı açan Aram Kuran deyib ki, onlar yolla xalqların qardaşlığına işıq salacaqlar.

"Luys" kanalı 5 ildir fəaliyyət göstərən “Luys” adlı maqazın qəzetinin balansında açılır.

Yanvarın 6-dan test yayımına başlayan telekanal fevralın 6-dan sonra rəsmi fəaliyyətə başlayacaq.

Kanal rəhbərliyi televiziyanın beynəlxalq media orqanı olacağını rəsmi Ttwitter hesabından açıqlayıb. Eyni zamanda bildiriblər ki, bu kanal Türkiyədə yaşayan ermənilərin səsi olacaq.

“"Agos” və bir neçə kiçik qəzetdən başqa mediada böyük layihəmiz yox idi” deyən Aram Kuran hesab edir ki, bu kanal vasitəsilə erməni xalqının mədəniyyətini də tanıtmaq imkanları qazanacaqlar.

“Luys” qəzeti və televiziyası Türkiyədə 35 ildir qəzetçilik edən Aram Kuran və keçmiş televiziya işçisi Şahnur Kazançının layihəsi əsasında açılır. Telviziyaya Aram Kuranın oğlu Hartuyun Kuran başçılıq edəcək.

“Luys” qəzeti kimi yeni televiziyanın da maliyyə dəstəkçisinin Feriköy Surp və Kumkapı Məryəm ana Kilsəsi, eyni zamanda erməni iş adamlarının olduğu bildirilir. Televiziyanın ilk test yayımının da bu kilsələrdən olması təsadüfi deyil. Kanalın idarə heyətində Aram Kuranın qızları Belinda Kuran və Mary Kuran da yer alacaq. Ailə kanalında eyni adlı qəzetin köşə yazarı Dikran Dülgəryan da çalışacaq.

Televiziyada erməni və türk dilində xəbərlər yayımlanacaq. Bundan başqa, siyasi proqramlar da efirə veriləcək. Ermənilərin özəl günlərində (dini bayramları, matəm və s.) müxtəlif yerlərdən canlı yayımlar ediləcək.

Hazırda TV-nin yayım hazırlığı ilə baglı “Luys” qəzetində toplantılar keçrilir. Amma televiziya üçün yeni bina da ayrılıb.

"Dövlət bizə çox kömək etdi. Və bütün proseslər çox qısa vaxt ərzində başa çatdırıldı", - deyə A.Kuran Türkiyə rəsmilərindən razılıq edib.