Türkiyədə çevrilişlə bağlı AÇIQLAMA

21/01/2019 - 22:33 6 154 0   0  

Bir rütbəli şəxsin telefon danışığına şahid oldum. Telefon danışığında o, "Komandirim tank girərsə, aeroportun fəaliyyəti dayanar. Tankların vətəndaşların arasından keçərək hava limanına daxil olması lazımdır", - dedi.

Suveren.az axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyədə hərbi çevrilişə cəhd günü İstanbulun Səbiha Gökçən hava limanınında keşiş çəkən hərbçi Ərdal Özkan bildirib.

"Əsgərlik müddətim ərzində yalnız 15 iyulda silahın təmizliyini apardıq. O gecə hava limanında tanımadığımız 7-8 rütbəli əsgər var idi. Daha əvvəl görmədiyim bu rütbəlilərdə dəmir jilet və silah var idi. Bizdən silahla atəş açmağımızı istədilər. Təxminən 150-200 güllə atdıq", - Özkan məhkəmədə verdiyi ifadədə qeyd edib.