Ukraynanın prezidenti əslən azərbaycanlı olan bu şəxs ola bilər

21/01/2019 - 21:24 18 184 1   0  

Ukrayna Mərkəzi Seçki Komissiyasının yanvarın 21-də keçirilən iclasında ölkənin Fiskal Xidmətinin sabiq rəisi, əslən azərbaycanlı Roman Nəsirovun prezidentliyə namizədliyi qeydə alınıb.

Suveren.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Ukrayna MSK-nın mətbuat xidməti məlumat yayıb. Məlumata görə, MSK, həmçinin Aleksandr Şevçenkonun prezidentliyə namizədliyini qeydə alıb. Bununla da Ukraynada prezidentliyə namizədlərin sayı 12-yə çatıb.

Xatırladaq ki, Ukraynada seçki kampaniyasına dekabrın 31-dən başlanılıb. Prezident seçkiləri martın 31-də keçiriləcək.